“Bir Pəncərə” vasitəsilə həyata keçirilən ixrac dəyərinin məbləği açıqlandı

“Bir Pəncərə” vasitəsilə həyata keçirilən ixrac dəyərinin məbləği açıqlandı

Hazırda oxunan: “Bir Pəncərə” vasitəsilə həyata keçirilən ixrac dəyərinin məbləği açıqlandı

13881

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə 2021-ci ilin yanvar ayı ərzində hüquqi və fiziki şəxslər tərəfindən 112 dəfə müraciət daxil olunub.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yayıb.

Ümumilikdə 149 ədəd sertifikat (92 ədəd mənşə, 41 ədəd baytarlıq, 9 ədəd Qida təhlükəsizliyi sertifikatı, 7 ədəd CİTES) verilib.

Cari ilin yanvar ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə 8.8 (8.796.471,81) milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib.

Hüquqi və fiziki şəxslər tərəfindən qiymətli metallar, nar, alma, albalı şirələri, narşərab, bitki, zeytun və günəbaxan yağları, biyan kökü, qızılgül, incə karbon maddəsi, tibbi zəli, çay, pendir, duzlanmış iri və xırdabuynuzlu heyvanların daxili orqanları, işlənmiş katalizator iribuynuzlu heyvan mədəsi, polad armatur yayması, polad boru, polad kvadrat pəstah həyata keçirilib.

Yuxarıda adı çəkilən məhsullar arasında polad armatur yayması (51,2%), günəbaxan yağları (15,8%), pendir (13,3%), meyvə şirələrinin (3,9%), çay (1%) ixracı üstünlük təşkil edib.

Sertifikat verilən məhsullar 19 ölkəyə- Türkiyə (29,9%), Rusiya (25,9%), Gürcüstan (25,7%), Honq-Konq (9%), Qazaxıstan (4,2%), digər ölkələrə (5,3%)- (ABŞ, Belarus, Polşa, Hindistan, Myanma, İsrail, İran, Malayziya, BƏƏ, Ukrayna, Özbəkistan) ixrac edilib. 

İxrac olunan məhsulların hava nəqliyyatı ilə (57,4%), avtomobil ilə (68,6%), dəmiryolu nəqliyyatı (23,2%), qarışıq nəqliyyat növləri ilə ixracı isə (2,7%) təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO