Cəlilabadda kartofun satış qiyməti ucuzlaşıb.
Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, rayonda kartofun satışında ciddi problem yaşanır.
Fermerlər isə bu durumdan şikayətçidirlər.
Onların sözlərinə görə bir-neçə gündür ki, kartof yığımında fasilə yaranıb. Rusiya bazarlarında böhran yaşandığı üçün ixracatçılar gözləmə mövqeyi nümayiş etdirir. Bu da ilk növbədə qiymətin sürətlə enməsinə səbəb olur.
Fermerlər deyir ki, əvvəllər kartofun satış qiymət münasib idi. Amma onda da məhsuldarlıq aşağı idi.
İndi isə alıcılıq səviyyəsi kəskin azalıb. Bu isə təbii ki, fermerləri çətin vəziyyətə salıb.
Onların sözlərinə görə mövsümün başlanğıcında 1 manata satılan kartofun indiki qiyməti 20-25 qəpik civarındadır. Bu qiymətə məhsulun satılması isə ona çəkilən xərcləri belə ödəmir.
Fermerləri daha çox narahat edən məhsulun sahədə qalmasıdır. Onlar deyir ki, məhsul sahədə qalsa qurd yeyəcək və heç kim almayacaq. Riskli olsa belə, elə fermer var ki, məhsullarını hələ yığmayıblar. Ola bilsin ki, qiymətlər qalxsın. Lakin havalar da isti keçir, kartofun torpağın altında çürümə riski var.
Qeyd edək ki, Cəlilabad kartofu daha çox Rusiya Federasiyasına ixrac olunur. Hazırda isə Rusiyanın müxtəlif vilayətlərində də kartof yığımının başlaması Cəlilabadda istehsal olunan kartofa tələbatı azaldıb.
Mütəxəssislərin fikrincə, bölgədə emal müəssisələrinin yaradılması bu sahədəki mövcud çətinliklərin aradan qaldırılmasına kömək edə bilər.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
İqtisadiyyat
17:50 / 29.05.2023
Kartofun qiymətində KƏSKİN UCUZLAŞMA – Bəzi fermerlər məhsulu sahədən YIĞMIRLAR – FOTO
Hazırda oxunan: Kartofun qiymətində KƏSKİN UCUZLAŞMA – Bəzi fermerlər məhsulu sahədən YIĞMIRLAR – FOTO
Hazırda oxunan: Kartofun qiymətində KƏSKİN UCUZLAŞMA – Bəzi fermerlər məhsulu sahədən YIĞMIRLAR – FOTO
138592
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.