ABŞ-Çin ticarət müharibəsi Britaniya iqtisadiyyatını çökdürəcək – “THE TİMES” 

ABŞ-Çin ticarət müharibəsi Britaniya iqtisadiyyatını çökdürəcək – “THE TİMES” 

Hazırda oxunan: ABŞ-Çin ticarət müharibəsi Britaniya iqtisadiyyatını çökdürəcək – “THE TİMES” 

138553

Əgər ABŞ hökumətinin qəbul etdiyi “İnflyasiyanın Azaldılması Aktı” səbəbindən ABŞ və Çin arasında ticarət müharibəsi başlayarsa, Böyük Britaniya bundan ciddi zərbə alacaq və daha da həssas vəziyyətə düşəcək.  

Bizim.Media xəbər verir ki, bu barədə “The Times” qəzeti Böyük Britaniya hökumətinin bazar ertəsi yayımladığı sənədinə istinadən məlumat yayıb. 

Britaniyalı analitiklər belə qənaətə gəliblər ki, Vaşinqton hətta Londonun maraqlarına toxunan proteksionist tədbirlər hesabına öz əsas sənaye sahələrini Pekindən gələn rəqabətdən qorumağa hazırdır.

Əgər yerli istehsalçıların subsidiyalaşdırılmasının köməyi ilə genişmiqyaslı ticarət müharibəsi baş verərsə, Britaniya iqtisadiyyatı Amerika, Çin və Avropa iqtisadiyyatlarından daha çox zərər görəcək. 

Sənəddə bildirilir ki, Böyük Britaniya Avropa İttifaqından çıxdıqdan sonra əsas ticarət bloklarından kənarda olan orta ölçülü iqtisadiyyata malikdir. Bundan başqa, London dünyanın böyük dövlətlərinin maliyyə imkanlarına və iqtisadi gücünə də malik deyil. 

Hökumətin təhlilində qeyd edildiyi kimi, Britaniya yarımkeçirici sənayesi Çin tədarükündən 40 fazi asılı vəziyyətdədir. ABŞ-ın ixrac nəzarəti ölkənin bizneslərini bu asılılıqdan uzaqlaşmağa məcbur edəcək, lakin bunun üçün on milyardlarla funt-sterlinq dövlət subsidiyaları tələb olunacaq. 
Xatırladaq ki, 2022-ci ilin avqustunda ABŞ iqtisadiyyatına 369 milyard dollar dövlət dəstəyi təmin etmək məqsədilə Vaşinqtonda qəbul edilən İnflyasiyanın Azaldılması Aktı, ABŞ-da istehsal olunmaq şərti ilə elektrikli nəqliyyat vasitələri, akkumulyatorlar və enerji avadanlıqları istehsalçılarına səxavətli subsidiyalar verir. 

Avropa ölkələri liderlərinin fikrincə, bu qanun yeni ticarət müharibəsinə səbəb ola bilər.

Fransa prezidenti Emmanuel Makron 2022-ci ilin dekabrında Vaşinqtona səfəri zamanı xəbərdarlıq etmişdi ki, ABŞ-ın şirkətlərə subsidiya verməklə bağlı proteksionist planları Qərbi parçalamaqla təhdid edir. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO