Manatın dövretmə sürəti AZALIB  

Manatın dövretmə sürəti AZALIB  

Hazırda oxunan: Manatın dövretmə sürəti AZALIB  

138545

Bu il mayın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,97 bənd təşkil edib. 

Bizim.Media bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına istinadən xəbər verir. 
Bu göstərici 2023-cü ilin aprelin 1-i ilə müqayisədə 0,11 bənd, yanvarın 1-i ilə müqayisədə 0,56 bənd, 2022-ci ilin mayın 1-nə nisbətən isə 0,93 bənd azdır. 

Xatırladaq ki, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib.
Bu göstəricinin ən yüksək həddi də 2005-ci ildə (15,72 bənd) qeydə alınıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO