“Suyun qiymətinin artırılması ilə bağlı məsələ gündəmdə deyil”.
Bizim.Media xəbər verir ki, bunu "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bugünkü brifinqdə deyib.
"Bununla bağlı Tarif Şurasına müraciət edilməyib" - deyə A.Cəbrayıllı bildirib.
O, qeyd edib ki, abonentlərin 11%-i sayğaclaşmayıb.
"İlin sonuna qədər daha 100 min sayğac quraşdırılacaq. Hazırda 197 min abonentimizin sayğacı yoxdur. Bu o demək deyil ki, sudan necə gəldi istifadə edilir. 450 min abonentin sayğacı ev və obyekt daxilindədir. Onların əksəriyyəti sayğacları oxumaq üçün əməkdaşlarımıza şərait yaratmırlar.
Sudan ən çox qanunsuz istifadə edən qəsəbə Türkan və Zirə qəsəbələridir. Bakıətrafı ərazilərdə suların 1/4-i şlanqlarla su çəkir. Aprel ayında saniyədə 11 kub su istehlak olunurdu. Hazırda bu rəqəm 13,85 kubdur. Yaya doğru isə bu rəqəm saniyədə 15 kubu ötəcək. Buna səbəb əkin, biçin və s.dir", - deyə qurum rəsmisi bildirib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:26 / 26.05.2023
Suyun qiyməti artırılacaq? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Suyun qiyməti artırılacaq? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Suyun qiyməti artırılacaq? – RƏSMİ AÇIQLAMA
138136
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.