Azərbaycan üçün Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlıq niyə ƏHƏMİYYƏTLİDİR? – Deputatdan AÇIQLAMA 

Azərbaycan üçün Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlıq niyə ƏHƏMİYYƏTLİDİR? – Deputatdan AÇIQLAMA 

Hazırda oxunan: Azərbaycan üçün Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlıq niyə ƏHƏMİYYƏTLİDİR? – Deputatdan AÇIQLAMA 

138072

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev ilk dəfə olaraq Avrasiya İqtisadi Birliyi (AİB) liderlərinin Moskvada keçirilən zirvə görüşünə qatılıb.  

Qeyd edək ki, AİB 29 may 2014-cü ildə Rusiya, Qazaxstan və Belarus prezidentlərinin təşəbbüsü ilə yaradılıb.

Təşkilat iqtisadi inteqrasiyasını hədəf alıb və 6 yanvar 1995-ci il tarixində Rusiya ilə Belarus arasında imzalanan Gömrük İttifaqı Sazişinə əsaslanır. Hazırda Rusiya, Qazaxıstan, Belarus, Özbəkistan, Qırğızıstan və Tacikistan təşkilatnın daimi üzvüdür.  

Ermənistansa təşkilata müşahidəçi qismində qoşulub. Daha iki müşahidəçi ölkə-Ukrayna və Moldava sonradan AİB-lə əlaqələrini kəsib. Zaman-zaman AİB tərəfindən Azərbaycanın bu quruma üzv olması təklifi edilib.  
 

MÖVZU İLƏ BAĞLI:

Prezident: “Azərbaycan iqtisadiyyatının böyük hissəsi qeyri-xammal sektorunda formalaşır”


Lakin, Qarabağ münaqişəsinə və Ermənistanın işğalçılıq siyasətinə görə rəsmi Bakı AİB-lə əməkdaşlıqdan imtina edib.

Baxmayaraq ki, Ermənistan istisna olmaqla qalan digər təmsilçi ölkələrlə Azərbaycanın çox isti iqtisadi-siyasi münasibətləri var. Qarabağ problemi həll olunduğu və Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmasından sonra AİB-lə tərəfdaşlıq üçün elə bir ciddi problem qalmayıb. Ona görə də Azərbaycan Prezidenti mayın 25-də AİB-in zirvə görüşündə iştirak edib.  

Qeyd etmək lazımdır ki, istənilən iqtisadi təşkilata üzvlük maraqlıdır. Çünki, təşkilata üzv ölkələr arasındakı idxal-ixrac əməliyyatlarında gömrük tariflərində müəyyən yumşalmalar olur, ikiqat vergi isə ümumiyyətlər olmur. Ona görə də indiki zamanda Azərbaycanın AİB-lə əməkdaşlığı çox cəlbedici görünür. 

Məsələ ilə bağlı danışan Millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Azərbayca tədbirə yalnız və yalnız qonaq kimi qatıldı: 

“Azərbaycan bundan sonra da müstəqil xarici iqtisadi siyasətini davam etdirəcək. Bununla belə, Ermənistan istisna olunmaqla ölkəmizin Avrasiya İqtisadi Birliyinə üzv ölkələri ilə dərin iqtisadi əlaqələri var və ötən il ikitərəfli ticarət dövriyyəsi 5.0 milyard dollardan çox olub. 3.1 milyard dollar dövriyyə ilə Rusiya Azərbaycanın ən böyük idxalat tərəfdaşı və qeyri-neft ixracatında əsas partnyor olaraq 1/3 paya malikdir. Bununla yanaşı, Azərbaycanın əsas ticarət tərəfdaşı Avropa dövlətləri olaraq qalır. 2022-ci ildə Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 27 milyard 344 milyon dollar olub ki, bu da 2021-ci illə müqayisədə 80 faiz çoxdur”. 

Millət vəkili qeyd edib ki, Azərbaycanın AİB üzvləri ilə daha çox nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində maraqlıdır: 

“Azərbaycan həm Şərq-Qərb, həm də Şiman-Cənub nəqliyyat dəhlizləri üzrə əməkdaşlığı genişləndirir. Bu da ölkəmiz üçün qeyri-neft daxil olmaları baxımdan vacibdir. Bu kontekstdən, şimal dövlətlər ilə müstəqil iqtisadi əməkdaşlıq sadəcə xarici ticarət dövriyyəsinin genişləndirilməsi deyil, həmçinin beynəlxalq yük daşımaların həcminin artırılması baxımdan da vacibdir”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO