Bu il istehlakçılara 425 milyon manatdan çox ƏDV geri qaytarılıb – RƏSMİ 

Bu il istehlakçılara 425 milyon manatdan çox ƏDV geri qaytarılıb – RƏSMİ 

Hazırda oxunan: Bu il istehlakçılara 425 milyon manatdan çox ƏDV geri qaytarılıb – RƏSMİ 

137961

Azərbaycanda cari ilin may ayınadək “ƏDV geri al” layihəsi çərçivəsində portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 425,1 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) məlumatında bildirilir. 

Geri qaytarılan ƏDV-nin 49 milyon manata qədəri təkcə bu ilin yanvar-aprel ayına təsadüf edib. 

Alınmış mallara və əldə edilmiş xidmətlərə görə ödəniş nağdsız qaydada olduqda, ödənilmiş ƏDV-nin 17,5%-i, nağd qaydada isə 5%-i istehlakçılara geri qaytarılır.  

DVXi tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində də işlər davam etdirilir. Hazırda ölkə üzrə tətbiq olunan onlayn NKA-ların sayı 88 mindən çoxdur.  

2023-cü ilin 4 ayı ərzində yeni nəsil kassalar vasitəsilə qeydə alınan dövriyyə 6,7 milyard manat olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,1 faiz çoxdur. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO