“Meyvə-tərəvəz ucuzlaşacaq, ətin qiyməti isə...” – PROQNOZ 

“Meyvə-tərəvəz ucuzlaşacaq, ətin qiyməti isə...” – PROQNOZ 

Hazırda oxunan: “Meyvə-tərəvəz ucuzlaşacaq, ətin qiyməti isə...” – PROQNOZ 

137951

Yay mövsümünün gəlməsi ilə əlaqədar kənd təsərrüfatı məhsullarının qiymətində dəyişikliklər gözlənilir. Mövsümi gələn bir sıra məhsullar ucuzlaşsa da, bəzən tam əksinə, bahalaşmanın da şahidi oluruq.

Bəs, bu il kənd təsərrüfatı məhsullarının qiymətində hansı tendensiya müşahidə ediləcək?

Sualı Bizim.Media üçün cavablandıran iqtisadçı-ekspert Akif Nəsirlinin sözlərinə görə, bu ayın sonlarından etibarən qiymət dəyişimi gözlənilsə də, bu ötən ilki qədər olmayacaq: 
 

MÖVZU İLƏ BAĞLI:

Meyvə və tərəvəzlərdən zəhərlənməmək üçün NƏ ETMƏLİ? – Mütəxəssisdən XƏBƏRDARLIQ


“Müəyyən məhsulların bolluğu ilə əlaqədar olaraq qiymətlərdə azalma gözə çarpacaq qədər ola bilər. Kənd təsərrüfatı məhsullarında ayın sonundan başlayaraq, ucuzlaşma sürətli şəkildə gedəcək. Ucuzlaşma hər il məhsulun bol vaxtına təsadüf edir. 

Ancaq məhsulun keçən ilki qiymətlərini gözləməməliyik. Qiymətlərin keçən ilki həddə qədər azalması bəzi bitki, kənd təsərrüfatı məhsullarında müşahidə oluna bilər. Yəni bu da hər hansısa məhsulun bol olması ilə əlaqədar ola bilər. Belə olduqda məhsul yığımı zamanı qiymətlər müəyyən qədər aşağı düşür”. 
Akif Nəsirlinin sözlərinə görə, ötən illə müqayisədə bəzi məhsulların qiyməti 2 dəfəyə qədər arta bilər:

“Hesab edirəm ki, ümumən bəzi məhsullar ötən ilki ilə müqayisədə ən azı 2 dəfə baha olacaq. Ona görə ki, əmtəə birjasını müşahidə etsək, görərik ki, qiymətlər ötən illə müqayisədə 2 dəfə və daha artıq bahalaşıb. 

Məsələn, bitki yağları 2 dəfəyə qədər bahalaşəb. Ətin qiymətində də eyni durum müşahidə olunur. Ətin qiyməti ötən illə müqayisədə 50-80 faiz bahalaşıb. Bu həmçinin digər kənd təsərrüfatı məhsullarında da müşahidə olunur. Yəni bazarda bütun məhsulların qiyməti bahalaşdığı üçün kənd təsərrüfatı məhsulların da qiyməti bu il müəyyən qədər baha olacaq”.

Ekspert vurğulayıb ki, ət və bir sıra kənd təsərrüfatı məhsullarında payız aylarına qədər qiymət dəyişməsi gözlənilmir: 

“Mal və qoyun əti sentyabr ayının sonuna qədər stabil qiymətini qorunacaq. Təbii ki, hər hansı fors-major hal baş verməsə”.

Röyanə Oğuz, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO