Məhkəmə çəkişməsi olan şirkət “AZPROMO”nun 294 minlik tenderində QALİB OLDU – FOTO 

Məhkəmə çəkişməsi olan şirkət “AZPROMO”nun 294 minlik tenderində QALİB OLDU – FOTO 

Hazırda oxunan: Məhkəmə çəkişməsi olan şirkət “AZPROMO”nun 294 minlik tenderində QALİB OLDU – FOTO 

137754

Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi  – “AZPROMO” Publik Hüquqi Şəxsi “Mətbəə və promo məhsullarının dizaynı və hazırlanması xidməti”nin satınalınması ilə bağlı aprelin 13-də elan etdiyi tenderin nəticələrini və qalibini elan edib.

Bizim.Media xəbər verir ki, maliyyə dəyəri 294.063 manat olan tenderin qalibi “Tuna” Qapalı Səhmdar Cəmiyyəti (VÖEN - 1700294531) olub. 

Tenderin şərtlərinə əsasən şirkət “AZPROMO” üçün 9000 ədəd kataloqun, 12000 ədəd vizit kartların, 5000 ədəd biznes forum üçün yaxa kartının, 1000 ədəd karton çantanın, 5000 ədəd qələmin, 80 ədəd VİP təqdimat qovluğunun, 150 ədəd sadə təqdimat qovluğunun, 7500 ədəd yaxa nişanının və digər 57 adda mal və mahsulların satınalınmasını həyata keçirəcək. 

Qeyd edək ki, İN yanında DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınan “Tuna” QSC hazırda Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci Önünə küç. Ev-19 ünvanında fəaliyyət göstərir. Şirkətin prezidenti Rəşid Çulaqov adlı şəxsdir. 
Şirkət 3 iyun 2022-ci ildə Elm və Təhsil Nazirliyinin “2022-2023-cü tədris ilində ibtidai və orta təhsil proqramları üzrə dərsliklərin istehsalı ilə bağlı” elan etdiyi 2 açıq tenderdə qalib olub və tərəflər arasında ümumi dəyəri 3 milyon 941min manat olan iki satınalma müqaviləsi bağlanıb. Müqavilələrin hər birinin dəyəri 1 milyon 522 min və 2 milyon 419 min manat təşkil edib. 

Bildirək ki, bu ilin aprel ayının 29-da “Tuna” QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib. İş hazırda Bakı Şəhər Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın icraatındadır.
Qeyd edilən maddəyə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.

Rövşən Ziya, Bizim.Media 







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO