Ölkəmizdəki bankların aktivləri 45,5 milyard manatı ÖTDÜ 

Ölkəmizdəki bankların aktivləri 45,5 milyard manatı ÖTDÜ 

Hazırda oxunan: Ölkəmizdəki bankların aktivləri 45,5 milyard manatı ÖTDÜ 

137651

2023-cü ilin aprel ayının 30-na olan vəziyyətə görə, Azərbaycanda bank sektorunun aktivlərinin ümumi dəyəri 45 milyard 582.7 milyon manat manat olub. 

Bizim.Media Azərbaycan Mərkəzi Bankının aylıq hesabatına istinadən xəbər verir ki, bu vəsaitin 17 milyard 316.5 milyon manatını xarici valyutada olan aktivlər təşkil edib. 

Martın 31-nə olan vəziyyətə əsasən isə bank aktivlərinin ümumi dəyəri 44 milyard 843.2 milyon manat olub ki, bunun da 16 milyard 870.6 milyon manatı xarici valyutada olan aktivlərə aid olub.

Hesablamalardan aydın olur ki, 1 ay ərzində 739,5 milyon manat və ya 3,37 faiz artım baş verib ki, bunun da 445,9 milyon manatı xarici valyutalar təşkil edib. 

Qeyd edək ki, bank sektoruna aid aktivlərin 2 milyard 033.4 milyon manatı nağd vəsaitlər (xarici valyutada olan isə 700.3 milyon manat), 3 milyard 788.5 milyon manatı Mərkəzi Bankda olan müxbir hesablarındakı vəsaitlər (xarici valyutada 1 milyard 406.4 milyon manat) olub. 

Bildirək ki, başqa banklardakı müxbir hesabların, yəni nostro hesabların ümumi məbləği 3 milyard 069.8 milyon manat olub ki, bununda 3 milyard 068.5 milyon manat xarici valyutada olan vəsaitlər təşkil edib.  
Aktivlərə aid olan 4 milyard 265.7 milyon manatı banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlərlə bağlı olub. Bunun da 2 milyard 064.1 milyon manatı xarici valyutada olan aktivlər təşkil edib.  

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO