Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “2023-cü il ikinci yarım illikdə olan müvafiq dövlət proqramlarının öhdəlikdə olan bəndlərinin icrası məqsədilə və fəaliyyət istiqamətindən irəli gələn əlamətdar günlər üzrə tədbirlərin təşkilinin satın alınması” üçün martın 27-də elan etdiyi tenderin nəticələrini və qalibini açıqlayıb.
Bizim.Media xəbər verir ki, maliyyə dəyəri 959 min 576 manat olan tenderin qalibi “Şahdağ Mehmanxana” MMC (VÖEN - 4500264531) olub.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin şərtlərinə əsasən, Dövlət Komitəsi tərəfindən cari il ərzində “Şahdağ Mehmanxanası MMC-nin inzibati binasında bir sıra dövlət əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Bunların sırasına “11 oktyabr Beynəlxalq Qızlar Günü” münasibətilə qızların təhsilinə dəstək kampaniyası, 110 uşağın iştirakı ilə “20 Noyabr - Uşaq hüquqları günü”nə həsr edilmiş maarifləndimə və Zəhra Quliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbirləri, AR regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın 7.1.61-cı bəndinin icrası məqəsdilə Bələdiyyələrdə yaradılmış Gender Komissiyalarının işinin gücləndirilməsi üçün seminar, Qadınların VI Forumunun və digər tədbirlər daxildir.
Qeyd edək ki, 3 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınan “Şahdağ Mehmanxana” MMC-nin ünvanı Quba rayonu, Yusif Qasımov küçəsində yerləşir.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:52 / 23.05.2023
Dövlət Komitəsi tədbirlərin keçirilməsi üçün 1 milyon manat AYIRDI – TENDER/FOTO
Hazırda oxunan: Dövlət Komitəsi tədbirlərin keçirilməsi üçün 1 milyon manat AYIRDI – TENDER/FOTO
Hazırda oxunan: Dövlət Komitəsi tədbirlərin keçirilməsi üçün 1 milyon manat AYIRDI – TENDER/FOTO
137554
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.