Cari ilin 4 ayı ərzində müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 493,1 min nəfər olub ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 23,2 faiz artım deməkdir.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Dövlət Sərhəd Xidmətinin məlumatına istinadə verilən informasiyada qeyd edilib ki, Rusiyaya gedən Azərbaycan vətəndaşlarının sayı 1,8 dəfə, Gürcüstana gedənlərin sayı 41,6 faiz, Türkiyəyə gedənlərin sayı 5,5 faiz artıb. Amma İrana gedənlərin sayı isə 26,5 faiz azalıb.
Ölkə vətəndaşlarının 38,9 faizi Türkiyəyə, 24,1 faizi Rusiya Federasiyasına, 9,4 faizi Gürcüstana, 7,8 faizi İrana, 19,8 faizi digər ölkələrə səfər edib. Gedənlərin 69,6 faizini kişilər, 30,4 faizini qadınlar təşkil etmişdir.
2023-cü ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 29,5 faizi dəmir yolu və avtomobil, 67,8 faizi hava, 2,7 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:23 / 22.05.2023
Azərbaycandan xaricə gedənlərin sayı 20 faiz ARTDI
Hazırda oxunan: Azərbaycandan xaricə gedənlərin sayı 20 faiz ARTDI
Hazırda oxunan: Azərbaycandan xaricə gedənlərin sayı 20 faiz ARTDI
137275
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.