2023-cü ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 168 ölkəsindən 522,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, gələnlərin 31,7 faizi Rusiya Federasiyası, 20,9 faizi Türkiyə, 8,4 faizi İran, 5,5 faizi Gürcüstan, 5,0 faizi Hindistan, 2,3 faizi Pakistan, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,0 faizi Qazaxıstan, 1,8 faizi Özbəkistan, 1,7 faizi Səudiyyə Ərəbistanı, hər birindən 1,6 faiz olmaqla Ukrayna və Belarus, 1,3 faizi Türkmənistan, 1,2 faizi Küveyt, 12,8 faizi digər ölkələrin vətəndaşları olub.
Gələnlərin 75,8 faizini kişilər, 24,2 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə, Çindən gələnlərin sayı 4,3 dəfə, Hindistandan - 4,2 dəfə, Türkmənistandan - 3,8 dəfə, Özbəkistandan - 3,3 dəfə, Belarusdan - 3,3 dəfə, Qazaxıstandan - 2,1 dəfə, Pakistandan - 1,9 dəfə, Rusiya Federasiyasından - 1,9 dəfə, Böyük Britaniyadan - 1,9 dəfə, Niderlanddan - 1,9 dəfə, İsraildən - 1,8 dəfə, ABŞ-dan - 1,7 dəfə, Omandan - 1,6 dəfə, Küveytdən - 48,9 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 44,5 faiz, Gürcüstandan - 43,8 faiz, Türkiyədən - 31,0 faiz artıb.
2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı bu il 1,9 dəfə artaraq 213,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,7 dəfə artaraq 27,6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,0 faiz artaraq 76,2 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 33,7 faizi dəmir yolu və avtomobil, 64,8 faizi hava, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:51 / 22.05.2023
Ölkəmizə gələn turistlərin sayında KƏSKİN ARTIM
Hazırda oxunan: Ölkəmizə gələn turistlərin sayında KƏSKİN ARTIM
Hazırda oxunan: Ölkəmizə gələn turistlərin sayında KƏSKİN ARTIM
137265
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.