Maaşın gecikməsinə görə əlavə vəsaiti necə almaq olar? – Millət vəkilindən AÇIQLAMA 

Maaşın gecikməsinə görə əlavə vəsaiti necə almaq olar? – Millət vəkilindən AÇIQLAMA 

Hazırda oxunan: Maaşın gecikməsinə görə əlavə vəsaiti necə almaq olar? – Millət vəkilindən AÇIQLAMA 

137247

“Konstitusiya Məhkəməsi fərdi əmək mübahisəsi zamanı işçiyə əməkhaqqının gecikməsinə görə ödəniş edilməsi halı ilə bağlı qərar qəbul edəndən sonra belə ödənişləri necə alınması ilə bağlı suallara cavab olaraq bildiririk ki, bu fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Qərara əsasən, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödəniş edilməlidir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bu şəxslərə 2023-cü ildə 3 dəfə əlavə maaş ödəniləcək – SİYAHI 


Belə ki, deputat əməkhaqqının gecikməsinə görə işçilərə əlavə ödənişin edilməsi qaydasına aydınlıq gətirib:

“Reallıqda əksər işçilər bu imkandan istifadə etmirlər və ya edə bilmirlər. İşçilərin bu hüquqlarının qorunması üçün vahid əmək müqavilələrinin hazırlanması və tətbiq olunması vacibdir. Həmin müqavilələrində işçinin öhdəliyi ilə yanaşı, işəgötürənin əmək haqqını yubatması ilə bağlı tələblərin müəyyənləşməsinə və gecikdirilmiş hər günə görə bir faizinin hesablanmasının əmək müqaviləsinə daxil edilməsinə ehtiyac var.

Bu bir tərəfədən işçinin öz hüquqlarını bilməsi baxımdan vacibdir, digər tərəfdən isə əmək mübahisəsi yaranan zaman ödənişin alınmasına imkan verə bilər.

Bu halda həm işəgötürənin öhdəliyi bu konteksdən rəsmiləşir və işəgötürən əmək müqaviləsində həmin öhdəliyi götürməklə belə hallar baş verdiyi təqdirdə işçiyə əlavə vəsaitin ödənilməsini təmin edir. Nəticədə, belə müqavilələr ilə işçilərin konstitutsional hüquqlarını tam qorumaq mümkün olar. Bu əməkhaqqının gecikməsi zamanın işçilərin maaşlarına daha qısa müddətdə əlavələrin ödənilməsinə gətirib çıxara bilər”.

Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO