Azərbaycana pul köçürmələrində KƏSKİN ARTIM – Rusiyalı iş adamları ölkəmizə AXIN EDİR?

Azərbaycana pul köçürmələrində KƏSKİN ARTIM – Rusiyalı iş adamları ölkəmizə AXIN EDİR?

Hazırda oxunan: Azərbaycana pul köçürmələrində KƏSKİN ARTIM – Rusiyalı iş adamları ölkəmizə AXIN EDİR?

136840

Bir neçə gün əvvəl Azərbaycan Mərkəzi Bankı açıqladığı “Pul siyasəti icmalı”nda, bu ilin ilk 4 ayın I rübündə xaricdən Azərbaycana pul köçürmələrinin ümumi həcminin 442,1 milyon ABŞ dollarına bərabər olduğunu bildirdi. Bu da onu göstərir ki, pul köçürmələrində bu il ərzində ən azı iki dəfə, yəni 84,2 faiz artım baş verib.

Bu artımın səbəbləri nədir? Əsasən hansı ölkələrdən pul köçürmələri olur? Bu artımın Azərbaycan iqtisadiyyatına və maliyyə bazasına nə kimi təsirləri var?

Mövzu ilə bağlı Bizim.Media-nın suallarını cavablandıran iqtisadçı-ekspert Xalid Kərimli Azərbaycana pul köçürmələrinin artmasını müsbət dəyərləndirdi: 
 

MÖVZU İLƏ BAĞLI:

“Günay Bank”da 70 milyon manat əmanət niyə batdı? – ARAŞDIRMA 


Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı pul köçürmələri ilə bağlı ümumi məbləği göstərsə də, hansı istiqamətlərə yönəldilməsi barədə heç bir məlumat vermir:

“Buna görə də mövzu ətrafında geniş şərh vermək olmur. Bununla belə, ölkəyə pul köçürmələrinin həcminin artması nəticəsində ölkə iqtisadiyyatında müsbət saldo yaradır. Həm ölkənin maliyyə bazası və tədiyyə balansı artır, həm manatın məzənnəsi rahat şəkildə qorunur, həm də bank sektorunda inkişaf meylləri yaranır”. 

Onun fikrincə, əgər bu vəsaitlər sosial təminat cəhətdən zəif olan vətəndaşlarımıza yönədilərsə, onların vəziyyətinin yaxşılaşmasına da müəyyən qədər kömək edəcək: 

“Bu gün Rusiyada və digər xarici ölkələrdə on minlərlə vətəndaşımız yaşayır və müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Onların burdakı ailələrinə göndərdiklər pul vəsaitləri onların sosial vəziyyətinin düzəlməsinə də kömək edir. Bu hal həm də regionlarımızda onsuz da aşağı olan sosial vəziyyətin az da olsa, dirçəlməsinə və əhalinin yaşamına dəstək verir”. 

Ekspert qeyd edib ki, Azərbaycana pul köçürmələri əsasən Rusiyadan daxil olur: 

“Son vaxtlar bu daxilolmaların həcmində müəyyən artımlar müşahidə olunur. Ən başlıca səbəbi, bir sıra Qərb dövlətləri tərəfindən Rusiyaya qarşı tətbiq olunan sanksiyalar və rəsmi Moskvanın bunlardan yayınmaq meylləridir. Sanksiyalar nəticəsində bu ölkənin iqtisadiyyatında bir durğunluq yaşanır və artım müşahidə olunmur. 

Eyni zamanda, Rusiya-Azərbaycan münasibətlərinin loyallaşmasına və rus iş adamlarında ölkəmizə qarşı iqtisadi marağın yaranmasına səbəb olub.

Əsasən də, İKT və kommunikasiya sahəsində fəaliyyət göstərən bir qrup rus iş adamları Azərbaycana gəlməyə və burada öz işlərini həyata keçirməyə başlayıblar. 

Bunun sayəsində də ölkəmizə müəyyən məbləğdə də olsa, maliyyə köçürmələri daxil olur. Rusiyada yaşayan Azərbaycan kökənli iş adamlarının icra etdikləri iqtisadi layihələrdən əldə edilən gəlirlərlə bağlı ödənişlərin böyük miqdarı da Azərbaycan üzərindən həyata keçirilir. Bütün bunlar ölkəmizin iqtisadiyyatına öz müsbət təsirini göstərməkdədir”. 

Rövşən Ziya, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO