Cari ilin 4 ayı ərzində Azərbaycanın ticarət əməliyyatlarında əsas tərəfdaşları, İtaliya, Türkiyə və Rusiya olub.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında əks olunub.
Hər üç dövlətlə aparılan qarşılıqlı ticarət əlaqələrindən ümumilikdə 9 milyard 883 milyon 133,48 min dollar dəyərində gəlir əldə edilib.
Ötən ilin müvafiq dövründə isə bu gəlirin ümumi dəyəri 8 milyard 779 milyon 095,84 min dollar səviyyəsində olub. Deməli, 1 il ərzində ticarət tərəfdaşlığı zamanı 1 milyard 104 milyon 037,64 min dollarlıq artım baş verib.
Belə ki, Azərbaycan və İtaliya arasında aparılan əməliyyatlardan əldə edilən gəlirin ümumi məbləği 5 milyard 910 milyon 150.66 min dollar təşkil edib ki, bu da ümumi dövriyyəyə nisbətən 33,05 faiz artım deməkdir.
Azərbaycanın Türkiyə ilə ticarət əlaqələrinin ümumi dəyəri 1 milyard 954 milyon 983.87 min dollarlıq gəlir əldə edilib ki, bu da ümumi dövriyyəyə nisbətən 12.32 faizlik artım deməkdir.
Ölkəmizin Rusiya ilə ticarət əlaqələrindən isə əldə etdiyi gəlirin ümumi dəyəri isə 893 milyon 466.71 min dollar, ümumi dövriyyəyə nisbəti isə 5.63 faiz səviyyəsində olub.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:13 / 18.05.2023
Azərbaycanın əsas ticarət tərəfdaşları hansı ölkələrdir? – SİYAHI
Hazırda oxunan: Azərbaycanın əsas ticarət tərəfdaşları hansı ölkələrdir? – SİYAHI
Hazırda oxunan: Azərbaycanın əsas ticarət tərəfdaşları hansı ölkələrdir? – SİYAHI
136691
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.