Bu il ixrac olunan qeyri-neft məhsullarının HƏCMİ 

Bu il ixrac olunan qeyri-neft məhsullarının HƏCMİ 

Hazırda oxunan: Bu il ixrac olunan qeyri-neft məhsullarının HƏCMİ 

136675

Bu ilin 4 ayı ərzində Azərbaycan qeyri-neft-qaz sektoruna aid olan malların ixracından 1 milyard 187 milyon 218.66 min dollar gəlir əldə edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında əks olunub.  

Ötən ilin eyni dövründə isə bu sahədən əldə edilən gəlirin ümumi dəyəri 965 milyon 495.64 min dollar olub. Burdan da aydın olur ki, bir il ərzində ixracdan əldə edilən vəsaitin ümumi həcmi 221 milyon 723,02 min dollar təşkil edib.  

Cari dövrdə ixrac olunan məhsullar arasında meyvə-tərəvəz məhsulları üstünlük təşkil edib ki, bunun da ümumi çəkisi 129 min 744.36 ton, ixracından əldə edilən gəlir isə 161 milyon 068.02 min dollar olub.  

Bunun da 43 338,09 tonu tomat məhsulları (maliyyə dəyəri 54 milyon 161.50 dollar), 27 521,25 tonu alma (17 milyon 779.01 min dollar), 20 247,94 tonu xurma (14 milyon 727.39 min dollar), 17 226,30 tonu şəkər (12 milyon 377.51 min dollar), 9 945,47 ton tonu meşə fındığı (48 milyon 850.07 min dollar), 7 777,82 tonu kartof (3 milyon 475.70 min dollar), 6 208,39 tonu nar (8 milyon 081.44 min dollar), 8 340.06 tonu tərəvəz və meyvələrin emal məhsulları (11 milyon 485.96 min dollar) və digər çoxsylı məhsullar təşkil edib.  

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO