2023-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin xərcləri 6 milyard 567,0 milyon manat olub.
Bizim.Media xəbər verir ki, bununla bağlı Dövlət Statistika Komitəsinin yaydığı aylıq bülletendə məlumat əks olunub.
Qeyd edək ki, büdcə vəsaitlərinin ən yüksək həddi, yəni 1 milyard 448,8 milyon manatı (22,1 faizi) iqtisadi fəaliyyətlər üçün sərf olunub. Sosial müdafiə və sosial təminatın saxlanılmasına isə 1 milyard 043,8 milyon manat (15,9 faiz) vəsait xərclənib.
Büdcə vəsaitlərinin 5 faizi, yəni 822,6 milyon manatı ümumi dövlət xidmətlərinə sərf olunub. Müdafiə və milli təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə isə 777,3 milyon manat xərclənib ki, bu da ümumi vəsaitin 11,8 faizi deməkdir.
Məhkəmə hakimiyyəti, hüquq - mühafizə və prokurorluq orqanlarının saxlanılmasına 7,7 faiz, yəni 508,0 milyon manat sərf olunub.
Təhsil sahəsinə 881,9 milyon manat (13,4 faiz), səhiyyə sahəsinə 474,2 milyon manat (7,2 faiz),
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi,gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətlərə sərf olunan vəsaitin ümumi həcmi 89,3 milyon manat (1,4 faiz) təşkil edib.
Kənd təsərrüfatının inkişafı üçün 311,2 milyon manat sərf olunub ki, bu da ümumi vəsaitin 4,8 faizini təşkil edib. Ətraf mühitin mühafizəsi üçünsə 44,9 milyon manat və ya 0,7 faiz xərclənib.
Ən az vəsait xərclənən sahə mənzil və kommunal təsərrüfatı ilə bağlı olub ki, bunun da ümumi dəyəri 38,0 milyon manat (0,6 faiz) həcmində olub.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:35 / 18.05.2023
Bu ilin 3 ayı ərzində büdcə xərcləri 6 milyard manatı ötdü – FOTO
Hazırda oxunan: Bu ilin 3 ayı ərzində büdcə xərcləri 6 milyard manatı ötdü – FOTO
Hazırda oxunan: Bu ilin 3 ayı ərzində büdcə xərcləri 6 milyard manatı ötdü – FOTO
136645
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.