Hansı banklar bağlanma təhlükəsilə ÜZ-ÜZƏDİR? – AÇIQLAMA 

Hansı banklar bağlanma təhlükəsilə ÜZ-ÜZƏDİR? – AÇIQLAMA 

Hazırda oxunan: Hansı banklar bağlanma təhlükəsilə ÜZ-ÜZƏDİR? – AÇIQLAMA 

136619

“İqtisadiyyatda “Kəpənək effekti” (Butterfly effect) deyilən bir nəzəriyyə var. Yəni Amazon meşələrində bir kəpənəyin qanad çırpması ABŞ-da fırtına baş verməsinə səbəb ola bilər. O mənada  ölkəmizdəki 25 bankdan biri bağlanır, bu təbii şəkildə bank sektoruna həyacan yaşadacaq”.

Bizim.Media xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

O əlavə edib ki, biz “Günay Bank”ın bağlanmasının təsirini yox saya bilmərik:

“Doğrudur bu bankın bağlanmasının maliyyə sabitliyinə təsirini az hiss ediləcəyini deyə bilərik. Həm də bunu əsaslandıra bilərik. Çünki, 2022 ilin sonuna olan 33.69 milyard manatlıq depozit portfelində “Günay Bank”ın çəkisi təxminən 0.3%-dir. Yəni banklara etibar edilən depozitlərin hər 100 manatından cəmi 30 qəpiyi “Günay Bank”a aid idi. Bu 30 qəpikdən isə təxminən 10 qəpiyi sığortalanıb.Yəni problem yoxdur. Deməli, 100 manatdan cəmi 20 qəpikdə problem yaranıb. 

Odur ki, 20 qəpik 100 manat üçün nə qədər təsirlidirsə, bu hadisə də kəmiyyət ifadəsində təxminən eyni qədər təsirlidir”.

Eldəniz Əmirov vətəndaşların banklardan narahatlığına da diqqət çəkib:

“Narahat insan isə nə edər? Pulunun batacağından qorxuduğu üçün bankdan geri çəkmək istər. Bu hal kütləvi olanda isə, problemin olmadığı bir halda heç nədən problem başlaya bilər.  Buna görə də hazırda iki addımın atılması mütləqdir.

Birinci, vətəndaşları rəqəmlərlə bağlı doğru məlumatlarla təmin edilərək güvəni qorunmaq, ikinci isə vəziyyəti yaxşı olmayan hər hansı növbəti bir bankın bağlanmasına imkan verməmək lazımdır.

Çünki digər bir bankın bağlanmaması üçün “x” manat xərcləmək bəs edərsə, amma o bağlanandan sonra onun yaratdığı fəsadların aradan qaldırılması üçün çoxlu “x”-lər lazım gələr”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO