Azərbaycanın idxal əməliyyatlarından əldə etdiyi GƏLİR – FOTO 

Azərbaycanın idxal əməliyyatlarından əldə etdiyi GƏLİR – FOTO 

Hazırda oxunan: Azərbaycanın idxal əməliyyatlarından əldə etdiyi GƏLİR – FOTO 

136595

Cari ilin yanvar-aprel aylarında Azərbaycan Respublikası xarici ölkələrlə 5 milyard 297 milyon 861.35 min ABŞ dollarını idxal əməliyyatı həyata keçirib.  

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin açıqladığı aylıq hesabatda əks olunub. 

Ötən ilin müvafiq dövründə isə bu əməliyyatların ümumi həcmi 4 milyard 040 milyon 527.97 min ABŞ dolları səviyyəsində olub. Burdan da aydın olur ki, bir il ərzində əməliyyatlarda 1 milyard 257 milyon, 333,38 min ABŞ dolları və ya 2,15 faiz həcmində artım baş verib.  

Cari dövrdə aparılan idxal əməliyyatlarından əldə edilən gəlirin 1 milyard 161 milyon 980.15 min ABŞ dolları dövlət sektorundan (idxalda xüsusi çəkisi 21.93 faiz), 3 milyard 566 milyon 832.30 min ABŞ dolları özəl sektordan (67.33 faiz), 569 milyon 048.90 min ABŞ dolları isə fiziki şəxslərdən (10.74 faiz) əldə edilən gəlirlər təşkil edib. 

Qeyd edək ki, Azərbaycan Respublikası idxal əməliyyatlarını əsasən Müstəqil Dövlətlər Birliyinə və Avropa İttifaqına daxil olan və digər ölkələrlə həyata keçirib.

MDB ölkələri isə həyata keçirilən idxal əməliyyattlarının ümumi dəyəri 1 milyard 657 milyon 548.33 min ABŞ dolları ((idxalda xüsusi çəkisi 31.29 faiz), Aİ ölkələri ilə 1 milyard 015 milyon 287.99 min ABŞ dolları (19.16 faiz), digər ölkələrlə isə 2 milyard 625 milyon 025.03 min ABŞ dolları (49.55 faiz) təşkil edib. 

İdxal əməliyyatlarının yüksək həddi yanvar ayında qeydə alınıb və əldə edilən vəsait 1 milyard 412 milyon 532.47 min ABŞ dolları dəyərində olub. Ən aşağı həddi isə fevral ayında baş verib ki, bu da 1 milyard 238 milyon 347.73 min ABŞ dolları həcmində olub.
Orta aylıq artımda isə 48 milyon 070.65 min ABŞ dolları həcmində mənfi saldo yaranıb. Humanitar yük, təmənnasız kömək və texniki yardımdan isə 20 milyon 662.68 min ABŞ dollarlıq gəlir əldə edilib. 


Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO