"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti elektrik deposunda, avtodayanacaqlada və digər yerlərdə beton örtüyünün çəkilməsi işlərinin görülməsi üçün bu ilin aprelin 4-də elan etdiyi tenderin qalibini bu gün açıqlayıb.
Bizim.Media xəbər verir ki, ümumi dəyəri 280 min 027 manat olan tenderin qalibi "CMT GROUP" MMC (VÖEN - 1001879941) olub.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinə əsasən şirkət Metropolitenin “Nəriman Nərimanov” adına elektrik deposunun 17-18-19 saylı qanovlarında, 28 May yarımstansiyasında, inzibatı binanın avtodayanacağında, eləcə də Vaqonların Əsaslı Təmir xidmətində döşəməyə hamar səthli poliüretan beton örtüyünün çəkilməsi işləri həyata keçirəcək.
Qeyd edək ki, şirkət 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb və Bakı şəhəri, Səbail rayonu, Badamdar şosesi, 27 V-də fəaliyyət göstərir.
İnternet resurslarında şirkətin direktoru kimi Eynar Hacı adlı şəxs göstərilir.
Rövşən Ziya, Bizim.Media