Qarabağda su təsərrüfatının yenidən qurulması üçün 5 milyonluq TENDER – FOTO 

Qarabağda su təsərrüfatının yenidən qurulması üçün 5 milyonluq TENDER – FOTO 

Hazırda oxunan: Qarabağda su təsərrüfatının yenidən qurulması üçün 5 milyonluq TENDER – FOTO 

136395

Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin Birləşmiş Müdiriyyəti işğaldan azad olunmuş ərazilərdə meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı ilə bağlı bu ilin martın 15-16-da elan etdiyi tenderlərin nəticələrini və qaliblərini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, maliyyə dəyəri 5 milyon 648 min 039 manat olan tenderlərin qaliblərindən ikisi Türkiyə, biri isə Azərbaycan şirkətidir. 

Qeyd edək ki, martın 15-də “Laçın və Kəlbəcər rayonlarının meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafi üzrə texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması” üzrə elan edilən tenderin qalibi Azərbaycanın "Promor" MMC şirkəti olub. Tərəflər arasında maliyyə dəyəri 1 milyon 909 min 948 manat olan satınalma müqaviləsinin imzalanması gözlənilir.

Müqavilənin şərtlərinə uyğun olaraq, şirkət “Laçın və Kəlbəcər rayonlarının meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı üzrə texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması” işləri üzrə (5,452 min hektar sahənin suvarılması üçün) texniki – iqtisadi əsaslandırılmanı, ilkin hesabatı, aralıq hesabatı, son hesabat layihəsini və son texniki-iqtisadi hesabat ıhazırlayaraq qısa müddətdə Birləşmiş Müdiriyyətə təhvil verməlidir.
Şirkət 21 oktyabr 2022-ci ildə Dövlət Turizm Agentliyi “Neftçi Qurban küçəsi 136 nömrəli ünvanda yerləşən Kulinariya Mərkəzinin əsaslı təmiri işlərinin satın alınması “üzrə tenderin qalibi olub və tərəflər arasında 618 min 859 manat məbləğində müqavilə imzalanıb. Bundan əvvəl isə Bakı Dövlət Universitetinin 43 min 896 AZN dəyərindəki “Bakı Dövlət Universiteti tərəfindən Elmi Kitabxananın inzibati binasının əsaslı təmiri işləri ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması üçün malların (iş və xidmətlərin) satın alınması” (28.03.2022) tenderinin də qalibi olub.

Məlumat üçün bildirək ki, “PROMOR” MMC beynəlxalq şirkətin Bakı filialıdır və baş ofisi Bakıda yerləşir. Şirkət 2020-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qeydiyyatdan keçib. Şirkətin hüquqi ünvanı kimi Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Hüseynbala Əliyev küçəsi, ev-59 göstərilsə də, hazırda ofisi Bakı şəhəri, Neftçilər prospekti 24, Dalğa Plaza 10-da yerləşir.

Ümumi dəyəri 2 milyon 047 min 890 manat olan və Zəngilan rayonunun meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı üzrə texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması ilə bağlı martın 16-da elan edilən ikinci tenderin qalibi Türkiyənin "Su Pek Proje ve Müşavirlik Anonim Şirketi”nin Azərbaycandakı filialı (VÖEN: 1007898131) şirkəti olub. 
Tenderin şərtlərinə əsasən, adıçəkilən şirkət “Zəngilan rayonunun meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı üzrə texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması” işləri üzrə (7125 hektar sahənin suvarılması üçün) texniki – iqtisadi əsaslandırılması üzrə ilkin hesabat, aralıq hesabat, son hesabat layihəsi və son texniki-iqtisadi hesabat hazırlayaraq qısa müddətdə Birləşmiş Müdiriyyətə təhvil verməlidir. 

Qeyd edək ki, şirkət 16 Noyabr 2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyarına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon,  F.Məlikov küçəsi, ev.4-də yerləşir.

Qanuni təmsilçisi Türkiyə Respublikası Ergin Batuhandır.

Birləşmiş Müdiriyyətin martın 16-da Qubadlı rayonunun işğaldan azad olunmuş meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafi üzrə texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması üzrə elan etdiyi tenderin qalibi isə Türkiyənin "Su İş Proje Mühendislik ve Müşavirlik Limited Şirketi”nin Azərbaycandakı filialıdır. 

Tərəflər arasında bağlanacaq və ümumi dəyəri 1 milyon 690 min 201 manat olan satınalma müqaviləsinə əsasən, şirkət Qubadlı rayonunun işğaldan azad olunmuş meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafi üzrə texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması üzrə satınalma həyata keçirəcək. 
Müqavilə şərtlərinə görə, şirkət bölgənin meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafi ilə bağlı layihə sənədlərinin, ilkin, aralıq və son hesabatın layihəsinin və son texniki-iqtisadi hesabatın hazırlanaraq təhvil verilməsini həyata keçirəcək. 







Rövşən Ziya, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO