Gübrələr və torpağın keyfiyyətinə dair yeni standartlar QƏBUL EDİLDİ 

Gübrələr və torpağın keyfiyyətinə dair yeni standartlar QƏBUL EDİLDİ 

Hazırda oxunan: Gübrələr və torpağın keyfiyyətinə dair yeni standartlar QƏBUL EDİLDİ 

136360

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən türk standartı əsasında AZS 932:2023 (TS 12298:2006) “Gübrələr-Maye”, AZS 933:2023 (ISO 10382:2002) “Torpağın keyfiyyəti - Xlorüzvi pestisidlərin və polixlorlaşmış bifenillərin təyin edilməsi. Qaz xromatoqrafik üsulla elektronları tutma detektoru ilə aşkarlanması” dövlət standartları qəbul edilib. 

AZSTAND-dan Bizim.Media-ya bildirilib ki, AZS 932:2023 (TS 12298:2006) “Gübrələr-Maye” standartı TS 12298:2006 əsasında işlənilib, gübrələr-maye torpaq və bitkilərə tətbiq olunan maye gübrələri əhatə edir.  

AZS 933:2023 (ISO 10382:2002) “Torpağın keyfiyyəti - Xlorüzvi pestisidlərin və polixlorlaşmış bifenillərin təyin edilməsi.

Qaz xromatoqrafik üsulla elektronları tutma detektoru ilə aşkarlanması” standart torpaqdakı yeddi polixlorlu bifenil və on yeddi xlorüzvi pestisidin kəmiyyətcə təyini metodunu müəyyənləşdirir. 

Standartda göstərilən şərtlərə uyğun olaraq 0,1 mq/kq-dan 4 mq/kq (quru maddə şəklində ifadə olunur) aşkarlanma həddinə nail olmaq mümkündür. Bu standart bütün torpaq növlərinə şamil olunur. 
Yeni standartlar “Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr”in standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 23) müzakirəyə çıxarılıb və institut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO