3 mart 2021-ci ildən etibarən Rusiyaya 8 Azərbaycan müəssisəsi və 19 şirkəti tərəfindən istehsal olunan alma və pomidorların aparılmasına icazə verilib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Rosselxoznadzor” şirkəti yayıb.
MÖVZU İLƏ BAĞLI:
Rusiyaya pomidor ixracı ilə bağlı görüş keçirildi - FOTO
Qərar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti, eləcə də birgə video-mühazirələr zamanı seçilmiş məhsul nümunələrinin karantin fitosanitar ekspertizasının yekunlarına əsasən qəbul edilib.
İdxal icazəsi verilən alma istehsalı müəssisələri:
- “MET-AK” MMC (Nərimanov rayonu);
- “FRUITSBYJAN” MMC (Quba bölgəsi);
- Həsənov Elşən Hörmət oğlu (Quba rayonu);
- Piriyev Yusif Məmmədəli oğlu (Qusar rayonu);
- Şirinov Mehman İsmayıl oğlu (Bakı şəhəri, Nəsimi rayonu);
- “QALAGRO” MMC (Qusar rayonu);
- MMC “FRUITGARDEN" (Lənkəran bölgəsi);
- Zulbalayev Elçin Mövludağa oğlu (Quba rayonu).
İdxal icazəsi verilən pomidor istehsalı müəssisələri:
- “AGRO-NOM” MMC (Bakı şəhəri, Nərimanov rayonu);
- “KASKAD-AGRO” MMC (Bakı şəhəri, Nərimanov rayonu);
- Cəfərov Zaid Həbib oğlu (Bakı şəhəri, Yasamal rayonu);
- İsayeva Gülnar Namiq qızı (Şəmkir rayonu);
- “AGRO VEST” MMC (Şirvan şəhəri);
- “RED GLOBE” MMC (Bakı şəhəri, Nəsimi rayonu);
- Qurbanov İskəndər Rasim (Bakı şəhəri, Yasamal rayonu);
- Qəmbərov Nizami Fəxrəddin (Abşeron rayonu);
- “BIG STORE” MMC (Bakı şəhəri, Sabunçu rayonu);
- “Eco Prod” MMC (Bakı şəhəri, Səbail rayonu);
- “T.T.Ş.-İnşaat” MMC (Bakı şəhəri);
- “ARAS” MMC (Abşeron rayonu);
- Axundova Aida Zaid qızı (Abşeron rayonu);
- Qocayev Rəsul Mehman (Bakı şəhəri, Nəsimi rayonu);
- “Hamacoğlu Agro” MMC (Abşeron rayonu);
- “Türkan Aqro” MMC (Bakı şəhəri, Xətai rayonu);
- Cəbrayılov Məlikməməd Saday oğlu (Bakı şəhəri, Nəsimi rayonu);
- Fərəcov Novruz Mürşüd (Abşeron rayonu);
- Məsimova Sücayət Qurban qızı (Xəzər bölgəsi).
Bizim.Media