Sabiq maliyyə nazirləri indi HARADADIR? – ARAŞDIRMA 

Sabiq maliyyə nazirləri indi HARADADIR? – ARAŞDIRMA 

Hazırda oxunan: Sabiq maliyyə nazirləri indi HARADADIR? – ARAŞDIRMA 

136091

Hazırda Azərbaycanın maliyyə naziri vəzifəsini Samir Şərifov icra edir. O, 2006-cı ilin aprelin 18-dən bu vəzifədə çalışır. O, eyni zamanda Qara Dəniz Ticarət və İnkişaf Bankında Azərbaycan Respublikası üzrə təmsilçi direktordur. S.Şərifova qədər isə 4 nəfər müxtəlif illərdə ölkənin maliyyə sektoruna rəhbərlik edib. 

Bizim.Media sabiq maliyyə nazirlərinin indi harada olduqlarını araşdırıb. 

Bədir Qarayev 

Müstəqil Azərbaycanın ilk maliyyə naziri Bədir Qarayev olub. O 1991-ci il fevralın 5-dən 1992-ci ilin oktyabrın 5-nə kimi həmin vəzifəni tutub. Bunun ardınca B.Qarayev Azərbaycan Respublikasının Nazirlər Kabinetində məsul vəzifələrdə və Baş Nazirin müavini vəzifəsində çalışıb. 1994-cü ildə vəfat edib. 

Saleh Məmmədov

Bədir Qarayevi maliyyə naziri vəzifəsində Saleh Məmmədov əvəz edib. O, 1992-ci ilin oktyabrın 5-dən, 1993-cü ilin dekabrın 9-dək bu postda çalışır. Hazırda o, Türkiyədə elmi-pedaqoji fəaliyyətlə məşğuldur. 

Fikrət Yusifov

1994-cü ilin iyunundan 1999-cu ilin iyuluna qədər maliyyə naziri Fikrət Yusifov olur. O, 2004–2013-cü illərdə Rusiyanın Sankt-Peterburq Dövlət Maliyyə-İqtisad Universitetinin maliyyə kafedrasının professoru olub. 2014-cü ildə Azərbaycanda "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyini təsis edir. 2018–2020-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim kimi çalışıb. Altmışdan artıq elmi əsərin və dərsliklərin müəllifidir.

Əvəz Ələkbərov

1999-cu ildən 2006-cı ilin aprelinə qədər maliyyə naziri vəzifəsini Əvəz Ələkbərov icra edib. Onun bilavasitə təşəbbüsü və rəhbərliyi altında ilk "Vergi məcəlləsi", "Büdcə sistemi haqqında qanun" və "Sosial sığorta haqqında qanun" hazırlanıb. O, 2019-cu ilin mayın 15-də dünya elminə və iqtisadiyyatına göstərdiyi xidmətlərinə görə Birləşmiş Millətlər Təşkilatının "Sülh səfiri" beynəlxalq adına layiq gürülmüşdür.

Hazırda YAP Nəsimi rayon təşkilatının Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. Ə.Ələkbərov həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və maliyyə institutları" kafedrasının müdiridir. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO