Bu şirkət beşinci dəfə ASAN Xidmətin tenderində QALİB OLDU – FOTO  

Bu şirkət beşinci dəfə ASAN Xidmətin tenderində QALİB OLDU – FOTO  

Hazırda oxunan: Bu şirkət beşinci dəfə ASAN Xidmətin tenderində QALİB OLDU – FOTO  

135659

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) “Dövlət Agentliyinin inzibati binasında 2023-cü il üçün təmizlik xidmətlərin satınalınması” üçün martın 31-də elan etdiyi tenderin nəticələrini açıqlayıb.  

Bizim.Media xəbər verir ki, ümumi dəyəri 289 min 093 manat olan tenderin qalibi “Lider Təmizlik” MMC (VÖEN: 1003189601) olub.  

Tenderin şərtlərinə görə, şirkət Dövlət Agentliyinin inzibati binasında 7200 kv-metr sahədə təmizlik işləri həyata keçirəcək.  

Qeyd edək ki, təkcə bu il ərzində Dövlət Agentliyinin elan etdiyi 4 tenderin qalibi adıçəkilən şirkət olub və tərəflər arasında ümumi məbləği 943 min 165 manat olan 5 tender müqaviləsi bağlanıb.  
Belə ki, qalib şirkətlə "2 saylı Bakı “ASAN xidmət” mərkəzində 2023-cü il üçün təmizlik xidmətlərinin satınalınması" tenderi üzrə 156 379 manat, "Sabirabad regional “ASAN xidmət” mərkəzində 2023-cü il üçün təmizlik xidmətlərinin satınalınması" tenderi üzrə 153 966 manat, "Tovuz regional “ASAN xidmət” mərkəzində 2023-cü il üçün təmizlik xidmətlərinin satınalınması" tenderi üzrə 245 000 manat və "Şamaxı regional “ASAN xidmət” mərkəzində 2023-cü il üçün təmizlik xidmətlərinin satınalınması" tenderi üzrə 211 500 manat, "1 saylı Gəncə regional“ASAN xidmət” mərkəzində 2023-cü il üçün təmizlik xidmətlərinin satınalınması" tenderi üzrə 176 320 manat dəyərində müqavilə imzalanıb. 

“Lider Təmizlik” MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb. 


Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO