3 milyonluq TENDER – Sumqayıtdan sonra Bakının da işıqlandırılmasını bu şirkət həyata keçirəcək – FOTO 

3 milyonluq TENDER – Sumqayıtdan sonra Bakının da işıqlandırılmasını bu şirkət həyata keçirəcək – FOTO 

Hazırda oxunan: 3 milyonluq TENDER – Sumqayıtdan sonra Bakının da işıqlandırılmasını bu şirkət həyata keçirəcək – FOTO 

135646

"Bakı şəhər işığı” Elektrik Şəbəkə Müəssisəsi Bakı şəhərində işıqlandırma sistemlərinin yenidən qurulması üçün lazım olan mal-materialların satınalınması məqsədilə mart ayının 28-də elan etdiyi tenderin nəticələrini və qalibini bu gün açıqlayıb.

Bizim.Media xəbər verir ki, ümumi dəyəri 3 milyon 097 min manat olan tenderin qalibi "RELİABLE OİL SERVİCES" MMC olub. 
 

MÖVZU İLƏ BAĞLI:

ANAMA beynəlxalq tədbirə gələn qonaqlar üçün 708 min manat xərcləyəcək – FOTO  


Tenderin şərtlərinə görə, şirkət müəssisəni işıq lampaları və patronları, izolyasiya lentləri, izalyatorlar, ayırıcı açarlar, qoruyucu saxlayan və digər 108 adda elektrik malları ilə təmin edəcək. 

Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan şirkət 14 noyabr 2011-ci ildə İN yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd ibn Hinduşah Naxçıvni küçəsi, ev 22, mənzil 69-d yerləşir. Şirkətin qanuni təmsilçisi Fərəcov Anar İntiqam oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında hər hansı məlumat yoxdur.

İnternet resurslarında apardığımız araşdırma zamanı məlum oldu ki, şirkət 9 dekabr 2021-ci ildə Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət Sahəsi ilə elektrik mallarının satın alınması üçün maliyyə dəyəri 289 manat 320 AZN olan müqavilə imzalayıb.

Şirkət bundan sonra 3 dəfə qurumun eyniadlı tenderinin qalibi olub və ümumi dəyəri 1 milyon 376 min 841 manat olan satınalma müqavilələri imzalayıb.

Bu ilin mart ayının 3-də isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə olan Müəssisələr Müdiriyyəti ilə MMC arasında “Elektrotexniki avadanlıqların satınalınması” məqsədilə ümumi dəyəri 2 milyon 999 min 790 manat olan tender müqaviləsi bağlayıb. 






Rövşən Ziya, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO