“Qaçqınkom”dan 450 minlik TENDER – Eyni şirkət növbəti dəfə QALİB OLDU – FOTO 

“Qaçqınkom”dan 450 minlik TENDER – Eyni şirkət növbəti dəfə QALİB OLDU – FOTO 

Hazırda oxunan: “Qaçqınkom”dan 450 minlik TENDER – Eyni şirkət növbəti dəfə QALİB OLDU – FOTO 

135588

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakı şəhəri və Ağdam rayonunda məcburi köçkünlərin məskunlaşdığı binalarda cari təmir işləri üçün 454.185 manat xərcləyəcək. 

Bizim.Media xəbər verir ki, Dövlət Komitəsinin bu məqsədlə fevralın 16-da elan etdiyi tenderin qalibi "M.Nazimoğlu" MMC olub. 
 

MÖVZU İLƏ BAĞLI:

ANAMA beynəlxalq tədbirə gələn qonaqlar üçün 708 min manat xərcləyəcək – FOTO  


Şirkət məcburi köçkünlərin məskunlaşdığı binalarda söküntü, daşıma və təmir işləri ilə məşğul olacaq.

Qeyd edək ki, adıçəkilən şirkət son illərdə dövlət tərəfindən elan olunan bir çox tender və layihələrin qalibi olub və milyonlarla manat məbləğində sifarişlər yerinə yetirib. Belə ki, 2017-ci ilin iyul ayında Azərbaycan Dövlət İqtisad Universiteti ilə şirkət arasında 4 saylı tədris binasının təmirini həyata keçirilməsi ilə bağlı ümumi dəyəri 96 min 439,57 manat olan təmir işlərinin həyata keçirilməsi haqqında müqavilə bağlanıb.

2018-ci ilin dekabrın 14-də Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə şirkət arasında Şirvan şəhərində 685 məcburi köçkün ailəsi üçün yaşayış kompleksinin tikintisində iştirak üçün 3 milyon manatlıq müqavilə imzalanıb.  

2020-ci ilin noyabr ayında adıçəkilən qurumlar arasında Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində 810 məcburi köçkün ailəsi tikilən yeni yaşayış məhəlləsinin inşasında iştirak etmək üçün 3 milyon 275,4 min manatlıq müqavilə bağlanılıb. 

2022-ci ilin oktyabr ayında “QaçqınKom”un Tikilməkdə Olan Müəssisələr Müdiriyyəti ilə "M.Nazimoğlu" MMC arasında Bakı şəhəri, Ağcabədi, Bərdə, İmişli və Zərdab rayonlarında məcburi köçkünlərin məskunlaşdığı binalarda cari təmir işləri ilə bağlı 296,625 min manat məbləğində satınalma müqaviləsi imzalanıb. 


Şirkət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb.




Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO