ANAMA beynəlxalq tədbirə gələn qonaqlar üçün 708 min manat xərcləyəcək – FOTO  

ANAMA beynəlxalq tədbirə gələn qonaqlar üçün 708 min manat xərcləyəcək – FOTO  

Hazırda oxunan: ANAMA beynəlxalq tədbirə gələn qonaqlar üçün 708 min manat xərcləyəcək – FOTO  

135587

“Minatəmizləmə Agentliyi” Publik Hüquqi Şəxsi (ANAMA) 24-26 may tarixlərində Bakı və Ağdam şəhərlərində baş tutacaq “Mina təhlükəsi - Dayanıqlı inkişafa gedən yol” adlı beynəlxaq konfransda iştirak edəcək qonaqların Fairmont Hoteldə yerləşdirilməsi, onlara iaşə xidmətlərinin göstərilməsi üçün 708 min manatdan çox vəsait xərcləyəcək.  

Bizim.Media xəbər verir ki, ANAMA bu məqsədlə cari ilin mart ayının 3-də elan etdiyi tenderin nəticələrini və qalibini açıqlayıb. Ümumi dəyəri 708.586 manat olan tenderin qalibi “Luxury Event Management” MMC olub.  

Qeyd edək ki, şirkət  ANAMA üçün “Mina təhlükəsi - Dayanıqlı inkişafa gedən yol” adlı beynəlxalq konfransın təşkili, konfransda iştirak üçün ölkəmizə səfər edəcək xarici dövlət və təşkilatların rəsmi şəxsləri və nümayəndələrinin qəbulu və onlara xidmət göstərilməsi ilə əlaqədar malların (işlərin və xidmətlərin) satın alınması işlərini həyata keçirəcək.  

Şirkət əldə edəcəyi vəsait müqabilində beynəlxalq tədbirdə iştirak etmək üçün Azərbaycan gələn xarici qonaqların Fairmont Hoteldə tək nəfərlik standart və VİP otaqlarda iki günlük yerləşdirilməsini, onların səhər yeməyi ilə təmin olunmasını tədbir zalının icarəsini, tədbir zamanı kofe fasiləsinin və nahar yeməyinin təşkilini həyata keçirəcək, eləcə də tədbir iştirakçılarını texniki, elektron və İT avadanlıqları ilə təchiz edəcək. 
Bildirək ki, internet resurslarında “Luxury Event Management” MMC haqqında araşdırma aparsaq da, heç bir bir məlumata rast gəlmədik və sadəcə eyniadlı xarici şirkətin Azərbaycandakı törəməsi olduğunu öyrənə bildik.

Yalnız etender.gov.az saytında şirkətin Bakı şəhəri, İbrahimpaşa Dadaşov küçəsi, 260 ünvanında fəaliyyət göstərdiyi qeyd edilib.  












Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO