DİN-in Hospitalının 100 minlik tenderinin qalibi bu ŞİRKƏT OLDU – FOTO 

DİN-in Hospitalının 100 minlik tenderinin qalibi bu ŞİRKƏT OLDU – FOTO 

Hazırda oxunan: DİN-in Hospitalının 100 minlik tenderinin qalibi bu ŞİRKƏT OLDU – FOTO 

135427

DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalı cari ilin 4 aprel tarixində elan etdiyi tenderin qalibini bu gün elan edib.  

Bizim.Media xəbər verir ki, ümumi dəyəri 100 min manat olan tenderin qalibi “Vitta Elmi-Texniki” MMC olub.  

Qeyd edək ki, tender “VİTROS 3600 hormon”, “ACL9000 koagulogram ABX Micros Horiba” yarımavtomat analizatorlar üçün reaktivlərin satın alınması məqsədilə elan olunub. 

Şirkət 100 manat vəsait müqabilində 2 qutu “VITROS Prolaktin Reagent Pack 100t”, 2 qutu “VITROS Prolaktin Calibrators”, 2 qutu “VITROS C-peptid Reagent Pack 100 test”, 2 qutu “VITROS C-peptid Calibrator”, 4 qutu “VITROS Insulin reagent pack 100 test”, 2 qutu “VITROS Insulin Calibrator” preparatlarının alınmasını həyata keçirəcək.  

“Vitta Elmi-Texniki” şirkəti 1991-ci ildə qurulub və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınıb. Şirkət ixtisaslaşmış informasiya sistemlərinin, telekommunikasiya, kompüter və tibbi texnikanın layihələndirilməsi və istehsalı üzrə Azərbaycanda ilk peşəkar şirkətdir. Baş direktoru Kamil Quliyevdir.  

Bildirək ki, rəsmi “etender.gov.az” saytında şirkətin VÖEN nömrəsi 1500395041 kimi yazılsa da, İN yanında Dövlət Vergi Xidmətinin rəsmi “taxes.gov.az” saytının “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” bölməsində VÖEN nömrəsi 1000293781 kimi əks olunub.
O cümlədən satınalan təşkilatın ünvanı kimi Bakı şəhəri Ziya Bünyadov prospekti 36 göstərilib. Şirkətin rəsmi “vitta.az” saytının əlaqə bölməsində isə Bakı şəhəri, Tbilisi prospekti 129 ünvanı yazılıb.  









Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO