2023-cü ilin aprel ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin aprel ayına nisbətən 115,1 faiz təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Hesabata görə, ötən ay çörək, çörək məmulatları və yarmalar əvvəlki dövrə nisbətən 99,5 faiz, ət və ət məhsulları 101,4 faiz, balıq və balıq məhsulları 99,4 faiz, süd və süd məhsulları 100,1 faiz, yumurta 97,2 faiz, kərə və bitki yağları 99,4 faiz bahalaşıb.
Ötən ay meyvə və tərəvəz məhsullarında da ciddi bahalaşma baş verib. Belə ki, meyvə məhsullarının qiyməti 102,3 faiz, tərəvəz məhsullarının qiyməti isə 98,3 faiz artıb. Bundan başqa, qənd, cem, bal, şokolad və konfetlərdə100,3 faiz, çay, qəhvə, kakaoda isə 100,2 faiz artım qeydə alınıb.
Mineral sular, sərinləşdirici içkilər və şirələr 100,6 faiz, spirtli içkilər 100,4 faiz, tütün məmulatları isə 103,3 faiz bahalaşıb. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:00 / 10.05.2023
Ötən ay qiyməti bahalaşan ƏRZAQ MƏHSULLARI – HESABAT/FOTO
Hazırda oxunan: Ötən ay qiyməti bahalaşan ƏRZAQ MƏHSULLARI – HESABAT/FOTO
Hazırda oxunan: Ötən ay qiyməti bahalaşan ƏRZAQ MƏHSULLARI – HESABAT/FOTO
135281
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.