Milyardlarlıq “biznes”in SONU – Qarabağdakı narkotrafikin qarşısı necə alındı?

Milyardlarlıq “biznes”in SONU – Qarabağdakı narkotrafikin qarşısı necə alındı?

Hazırda oxunan: Milyardlarlıq “biznes”in SONU – Qarabağdakı narkotrafikin qarşısı necə alındı?

134969

“Qarabağ erməniləri Ermənistana narkotik göndərir”.

Bunu erməni jurnalist Roman Baqdasaryan deyib. Onun sözlərinə görə, bu faktı artıq erməni diasporu da etiraf edir:

“Çoxdan bu quldur və qaçaqmalçılarla hesablaşmaq lazım idi. Qarabağ erməniləri uzun illər İrəvanın dəstəyindən istifadə edərək, maddi yardım alaraq “Karabaxena” narkokarteli yaradıblar”.

Əslində Roman Baqdasaryanın səslədirdiyi fikirlərdə təəccüblü heç nə yoxdur. Çünki, bir həqiqət hər kəsə aydındır ki, son 30 ildə ermənilər molla-fars rejimi ilə birləşərək işğal altında olan torpaqlarımızda böyük narkoplantasiyalar salmışdılar. 

Yetişdirilən külli miqdarda narkotik məhsulları sonradan tədarük edilərək Ermənistan üzərində Avropaya ötürülürdü.

Və bu ortaq “biznes”dən hər iki tərəf külli miqdarda gəlir əldə edirdi. Lakin, 44 günlük müharibə nəticəsində ermənilərlə farsaların bədnam biznesi çökdürüldü. 

Lakin, son 3 ildə bu “biznes” Qarabağdakı separatçılar tərəfində az da olsa, davam etdirildi. 23 aprel tarixində Laçın rayonunda nəzarət-buraxılış məntəqəsinin istifadəyə verilməsi ilə bu qorxunc “biznes” tamamilə durduruldu. Və Baqdasaryankimilər də məhz bundan sonra dilə gəldilər.

Məsələ ilə bağlı danışan Dövlət Gömrük Komitəsinin sabiq sədr müavini Cümşüd Nuriyev Bizim.Media-ya bildirdi ki, İran hər zaman Azərbaycan üzərindən narkotrafiki həyata keçirməyə çalışıb:

“Hələ 1992-ci ildə biz Xudafərin gömrük məntəqəsini istifadəyə verəndən az sonra məlumat aldıq ki,bu məntəqədən iranlılar narkotik keçirirlər. Keçirilən əməliyyat tədbirləri nəticəsində bir neçə narkokuryer saxlanıldı. Amma narkotacirləri ələ keçirə bilmədik. Çünki, narkotacirlər İran vətəndaşları idi. Və bizim çoxsaylı müraciətlərimizə rəğmən İran həmin narkotacirləri Azərbaycana təhvil vermədi. 

Qarabağ ətrafı rayonların işğalından sonra molla-fars rejimi nəinki narkotrafiki genişləndirdi, hətta Cəbrayıl, Zəngilan və digər rayonların ərazisində narkoplantasiyalar saldılar. Eyni zamanda, iranlılar ermənilərlə birgə işğal altında olan ərazilərimizdə xüsusi laboratoriyalar qurmuşdular. Ərazilərimiz işğaldan azad olunduqdan sonra həmin laboratoriyalar və narkoplantasiyalar kütləvi şəkildə məhv edildi.

Lakin, son 3 ildə Qarabağın sülhməramlıların nəzarət zonasında olan ərazilərində ermənilər yenə də öz əməllərini davam etdirirdilər.Təsadüfi deyil ki, ermənilər bunu bu günlərdə özləri etiraf elədilər.Sonuncu dəfə 27 iranlının Qarabağa səfəri də bu narkoticarətin inkişafı üçün idi”.

Cümşüd Nuriyev onu da əlavə edib ki, bu gün bu narkotrafik Azərbaycan tərəfindən dayandırılıb:

“Aprelin 23-də Laçında nəzarət-buraxılış məntəqəsinin işə başlaması ilə həm ermənilərin, həm də iranlıların əl qolu bağlanıb. Təsadüfi deyil ki, nəzarət-buraxılış məntəqəsinin istifadəyə verilməsi ətrafında ermənilərdən daha çox İran ajiotaj yaratmağa çalışdı. Çünki, həm ərazilərin işğaldan azad olunması, həm də Laçında NBM-nin fəaliyyətə başlaması erməni-iran işbirliyinə çox böyük zərbə vurdu. Nəzərə alaq ki, İran hər il Ermənistan üzərindən orta hesabla 3 milyard dollar dəyərində narkotik maddələri Avropaya ötürə bilirdi. Amma bu biznes bu gün yoxdur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO