Azərbaycanın neft-qaz sektoruna qoyulan xarici sərmayənin MƏBLƏĞİ  

Azərbaycanın neft-qaz sektoruna qoyulan xarici sərmayənin MƏBLƏĞİ  

Hazırda oxunan: Azərbaycanın neft-qaz sektoruna qoyulan xarici sərmayənin MƏBLƏĞİ  

134646

“İndiyə qədər Azərbaycanın neft-qaz sektoruna 89 milyard ABŞ dolları xarici sərmayə qoyulub”. 

Bizim.Media xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda bildirib. 

"Azərbaycandan Avropaya qaz tədarükü və bu ixracın marşrutunu, enerji bağlantılarının münasibətlərdə önəmini Heydər Əliyev hələ 90-cı illərdə dəqiqliklə təsvir edirdi. Deyirdi ki, qaz kəmərini də Xəzər dənizindən Türkiyəyə gətirmək lazımdır. Bu həm də Türkiyədən sonra Avropa ölkələri üçün lazımdır. "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz"dən 615 milyon ton neft, 42 milyon ton kondensat, 399 milyard kubmetr təbii qaz çıxarılıb, 613 milyon ton neft və 135 milyard kubmetr qaz ixrac olunub, 176 milyard ABŞ dolları gəlir əldə edilib", - deyə o qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO