“Azəri Mərkəzi-Şərqi” dəniz platformasında hasilata gələn il başlanılacaq - RƏSMİ

“Azəri Mərkəzi-Şərqi” dəniz platformasında hasilata gələn il başlanılacaq - RƏSMİ

Hazırda oxunan: “Azəri Mərkəzi-Şərqi” dəniz platformasında hasilata gələn il başlanılacaq - RƏSMİ

134640

"Azəri-Çıraq-Günəşli (AÇG) yataqlarının 2050-ci ilə qədər işlənməsi çərçivəsində gələn il “Azəri Mərkəzi-Şərqi” dəniz platformasından ilk hasilatı gözləyirik". 

Bizim.Media xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda bildirib. 

O bildirib ki, həmçinin Ümid, Babək, Abşeron, Qarabağ, Şəfəq, Asiman, Abşeron yarımadasının dayaz sulu hissəsi, “Azəri-Çıraq-Günəşli”də dərin qaz adlanan layihələr qarşıdakı illərdə ixrac imkanlarımızı daha da artıracaq. 

"Dövlət başçısı öz qətiyyəti, strateji baxışı, yüksək liderlik keyfiyyətləri ilə ölkəmizin davamlı inkişafının, ərazi bütövlüyünün və regionda yeni geosiyasi reallıqların memarı olmaqla yanaşı, həm də Azərbaycanın enerji siyasətini böyük uğurla yeni mərhələyə yüksəldib. “Əsrin müqaviləsi” yeni mərhələdə “XXI əsrin müqaviləsi”nə çevrilib", - deyə o əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO