Manat dollar qarşısında UCUZLAŞACAQ?

Manat dollar qarşısında UCUZLAŞACAQ?

Hazırda oxunan: Manat dollar qarşısında UCUZLAŞACAQ?

134322

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) mayın 3-də 25 bənd üzrə uçot dərəcəsini artırıb. İndi onun diapazonu illik 5-5,25% təşkil edir.

Azərbaycan Mərkəzi Bankı da eyni gündə uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 8,75 faizdən 9 faizə çatdırılması barədə qərar qəbul edib.

Verilən bu iki qərar fonunda manatı hansı aqibət gözləyir? 

Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, FED və Mərkəzi Bank tərəfindən atılan anoloji addımlara rəğmən indiki vəziyyətdə manat öz mövqeyini qoruyub saxlayacaq: 
 

MÖVZU İLƏ BAĞLI:

Pul kütləsi ÇOXALIR – İnflyasiya daha da ARTACAQ?


“FED-in uçot dərəcəsini artırması ilə Azərbaycan Mərkəzi Bankının da anoloji addım atmasına institusional müstəvidə paralellik gətirsək də, reallıqda onların heç birinin bir-birinə aydiyyatı yoxdur. ABŞ-da gedən proses inflyasiyaya qarşı sərt siyasətin davam etdirilməsi proqramıdır.

Bu yolla ABŞ pandemiyadan sonra başlayan inflyasiyaya qarşı mübarizə aparır. Bu həmçinin, iqtisadiyyatın kiçilməsinə gətirib çıxaran amildir. Belə vəziyyət dalğavari olaraq müəyyən dövlətlərə də təsir edir. 
Amma Azərbaycanda bu məsələdə daha çox inzibati yanaşma mövcuddur. Manatın məzənnəsi dollara nisbətdə idarəolunan səviyyədə saxlanılır.

Eyni zamanda, idxal ixrac əməliyyatında müsbət saldo var. Neftin qiyməti də büdcədə nəzərdə tutulduğundan kifayət qədər yüksəkdir. Belə vəziyyətdə nə FED-in, nə də Mərkəzi Bankın atdığı addımın manata heç bir təhlükəsi yoxdur. 

Belə təhlükə dolayısı yolla belə yoxdur. Yalnız neftin qiyməti kəskin düşərsə və bir il ərzində aşağı dəhlizdə qalarsa manata təhlükə yarana bilər. İqtisadiyyatımız 90 faiz neft amilindən asılıdır. Belə vəziyyət yaranarsa, ölkəmizdə növbəti devalvasiyanı, manatın ucuzlaşmasını görə bilərik. İndiki vəziyyətdə isə manat öz mövqeyini qoruyub saxlayacaq”.

Rüfət Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO