BTC ilə nəql olunan NEFTİN HƏCMİ 

BTC ilə nəql olunan NEFTİN HƏCMİ 

Hazırda oxunan: BTC ilə nəql olunan NEFTİN HƏCMİ 

134308

Bu ilin birinci rübü ərzində Baki-Tbilisi-Ceyhan neft kəməri (BTC) üzrə əməliyyat xərclərinə təxminən 34 milyon dollar, əsaslı xərclərə isə 10 milyon dollar vəsait xərclənilib. 

Bizim.Media xəbər verir ki, bu barədə BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə bu ilin birinci rübünün nəticələrinə dair dərc etdiyi hesabatında bildirilir.

Sənəddə qeyd olunur ki, 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2023-cü ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 539 milyon tondan çox (4 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 5314 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

BTC-nin ümumilkdə 4 milyard barel neft ixracına nail olması əlamətdar bir uğur kimi 18 yanvar 2023-cü il tarixində qeyd edilib. 

“Bu ilin birinci rübü ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 7 milyon ton (təxminən 53 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 70 tankerə yüklənmiş və yola salınıb”, - hesabatda qeyd olunur. 

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan) də nəql olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO