Azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştlər qüvvəyə minib

Azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştlər qüvvəyə minib

Hazırda oxunan: Azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştlər qüvvəyə minib

134006

“Qarabağda yeni güzəştlər qüvvəyə minib. Azərbaycan Prezidentinin imzaladığı fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) üzrə ödədiyi vəsaitin 20 faizi məbləğində maliyyə yardımı ödəniləcək”.

Bizim.Media xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında qeyd edib. 

Millət vəkili bildirib ki, ödənişlər aylıq olaraq hesablanacaq və sahibkarın hesabına köçürüləcək. Güzəştlər bu ildən başlayaraq növbəti 10 ildə tətbiq olunacaq:

“Yeni güzəştlərə əsasən, əgər sahibkar ay ərzində 1000 manatlıq kommunal ödəniş edərsə, onun 200 manatı büdcə vəsaiti hesabına geri qaytarılacaq”. 
Qeyd edək ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, işğaldan azad olunan ərazilərimizdə fəaliyyət göstərən sahibkarlar üçün geniş güzəşt paketi tətbiq olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO