Deputat: “Laçın yolunda məntəqənin qurulması ilə Azərbaycan iqtisadi bütövləşmə mərhələsinə qədəm qoyur

Deputat: “Laçın yolunda məntəqənin qurulması ilə Azərbaycan iqtisadi bütövləşmə mərhələsinə qədəm qoyur"

Hazırda oxunan: Deputat: “Laçın yolunda məntəqənin qurulması ilə Azərbaycan iqtisadi bütövləşmə mərhələsinə qədəm qoyur"

132457

“Dövlət Sərhəd Xidmətinin Laçın yolunda nəzarət-keçid məntəqəsini qurması yalnız siyasi deyil, eyni zamanda iqtisadi əhəmiyyətə malikdir. Azərbaycan yeni mərhələyə qədəm qoyur. Bu həmçinin, iqtisadi bütövləşmə mərhələsidir”.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin üzvü, iqtisadçı-alim Vüqar Bayramov sosail media hesabında yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Laçın-Xankəndi yolunda təhlükəsizliyə zəmanət verir - XİN


O bildirib ki, Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulması Azərbaycan tarixinin ən vacib hadisələrindəndir: 

“Bu regionda dayanıqlı sülhün əldə edilməsi üçün vacib şərtlərdən idi. Nəzarət məntəqəsinin yaradılması sülh danışıqlarında əsas istiqamət olan ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsipinə də uyğundur. Qarabağ Azərbaycanı ayrılmaz hissəsi və iqtisadi rayonlarından biridir. Bu baxımdan, Azərbaycanın istənilən ərazisi ilə digər ölkələr arasındakı əlaqələr suverenlik prinsiplərinə uyğun olaraq əmtəə və insanların hərəkətinin nəzarət-buraxılış məntəqələrində qeydiyyatı ilə reallaşması vacib idi”.

V.Bayramov bildirib ki, Ermənistan Azərbaycanın gömrük rüsumundan yayınaraq 30 illik işğal dövründə qanunsuz yükdaşımalarla milyardlarla dollar həcmində Azərbaycan iqtisadiyyatına ziyan vurub: 

“Nəzarət-keçid məntəqəsi həmçinin Azərbaycan sərvətlərinin qeyri-leqal daşınmasının qarşısını alacaq və Qarabağ iqtisadi rayonunda təbii ehtiyatların talanmasına son qoyacaq”. 

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO