Naxçıvanda vergi yoxlamalarının sayı 10 dəfə azalıb – RƏSMİ  

Naxçıvanda vergi yoxlamalarının sayı 10 dəfə azalıb – RƏSMİ  

Hazırda oxunan: Naxçıvanda vergi yoxlamalarının sayı 10 dəfə azalıb – RƏSMİ  

132022

Bu ilin I rübündə Naxçıvan Muxtar Respublikasında ümumilikdə vergi yoxlamalarının sayı 2022-ci ilin yanvar–mart aylarına nisbətən 10 dəfə azaldılıb, səyyar vergi yoxlaması isə təyin edilməyib. 

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. 

Bildirilir ki, bu dövrdə bütün vergilərin təxminən 81%-i könüllü ödənilib. 

İl ərzində vergilərin könüllü bəyan edilməsində 4,2 dəfə, könüllü ödənilməsində isə 1,5 dəfə artım müşahidə olunub. 
"Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti vergi inzibatçılığının təkmilləşdirilməsi prosesini davam etdirir. Bu, vergi ödəyicilərinə xidmətin keyfiyyətində və vergi ödəmələrinin artımında öz əksini tapır", - məlumatda deyilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO