Bəzi marketlərin yeni hiyləsi: ƏDV-li və ƏDV-siz çeklər - VİDEO 

Bəzi marketlərin yeni hiyləsi: ƏDV-li və ƏDV-siz çeklər - VİDEO 

Hazırda oxunan: Bəzi marketlərin yeni hiyləsi: ƏDV-li və ƏDV-siz çeklər - VİDEO 

131981

Bəzi mağazalardan alınan məhsullara görə ƏDV fərqli üsulla verilir. 

Bizim.Media xəbər verir ki, bu zaman iki qəbz təqdim olunur. 

Belə ki, ilk qəbz ƏDV-siz olur, daha sonra isə onu təqdim etməklə ƏDV-li qəbzi alırsınız. 

Hadisə Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən marketlərdən birində baş verib. 

Alıcılar iddia edir ki, vəziyyətlə bağlı  market rəhbərliyinə dəfələrlə müraciət etsələr də nəticə dəyişməyib. Bu mağazada alıcılara verilən qəbzin biri  ƏDV-li, digəri isə  ƏDV-siz olur. Bunu bilən də var, bilməyən də. 

Məsələyə market rəhbərliyi də münasibət bildirib. Adını deməyən şəxsin sözlərinə görə, əvvəllər 1 çek verilib, sonradan problemlər yarandığından bu üsula əl atıblar. 

Bənzər mənzərə Sumqayıtda olan marketlərdən birində də yaşanır. Alınan məhsula görə 2 çek verilir. 

Mağazadan isə bildirilib ki, bu məsələ ilə bağlı heç bir məlumat vermək istəmirlər. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən mövzu ilə bağlı bildirilib ki, problemlə bağlı əgər vətəndaşlar xidmətə müraciət edərlərsə, o zaman məsələ araşdırıla bilər. 
Daha ətraflı videomaterialda: 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO