Suyun alqı-satqısına dair yeni təkliflər hazırlanacaq - Baş nazirdən TAPŞIRIQ 

Suyun alqı-satqısına dair yeni təkliflər hazırlanacaq - Baş nazirdən TAPŞIRIQ 

Hazırda oxunan: Suyun alqı-satqısına dair yeni təkliflər hazırlanacaq - Baş nazirdən TAPŞIRIQ 

131956

Suyun alqı-satqı müqaviləsinin imzalanmasına dair yeni təkliflər hazırlanacaq. 

Bizim.Media xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı müvafiq sərəncamda əksini tapıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Daxili Qoşunların mülki işçilərinin aylıq maaşlarında YENİLİK  


Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ədliyyə Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin icrası ilə əlaqədar “Suyun alqı-satqı müqaviləsi”nin və digər razılaşmaların imzalanmasına dair təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir. 

Eyni zamanda İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ədliyyə Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (qurumları) layihənin icrası ilə əlaqədar aidiyyəti üzrə zəruri tədbirlərin görülməsini təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir. 
Bu Sərəncamın icrasına nəzarət Baş nazirinin müavini Şahin Mustafayevə tapşırılıb. 

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO