Eston şirkətləri azad olunmuş ərazilərimizə sərmayə yatırmağa DƏVƏT EDİLDİ - FOTO

Eston şirkətləri azad olunmuş ərazilərimizə sərmayə yatırmağa DƏVƏT EDİLDİ - FOTO

Hazırda oxunan: Eston şirkətləri azad olunmuş ərazilərimizə sərmayə yatırmağa DƏVƏT EDİLDİ - FOTO

131743

Azərbaycanın Estoniya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Anar Məhərrəmov bu ölkənin Parlamentində (Riigikogu) Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Riina Solman ilə görüş keçirib. 

Səfirlikdən Bizim.Media-ya bildirilib ki, parlamentlərarası münasibətlərdən danışan səfir A.Məhərrəmov son illər ərzində bu münasibətlərin dinamik inkişaf etdiyini qeyd edib, ötən ildə hər iki ölkənin parlament sədrlərinin qarşılıqlı rəsmi səfərlərinin həyata keçirildiyini xüsusi vurğulayıb.

Ölkəmizdə baş tutan tədbirlər, reallaşdırılan irimiqyaslı layihələr barədə bəhs edən səfir işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa-quruculuq işləri barədə ətraflı məlumat verib. Bu xüsusda eston şirkətləri həmin ərazilərdə sərmayə yatırmağa dəvət edilib. 
Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin bağlanılması üzrə aparılan danışıqların hazırkı vəziyyəti barədə məlumat verən Anar Məhərrəmov qeyd edib ki, İrəvanın yürütdüyü qeyri-konstruktiv yanaşma səbəbindən iki ölkənin şərti dövlət sərhədi boyunca mütəmadi törətdiyi təxribatlar nəticəsində Azərbaycan tərəfinin təqdim etdiyi baza prinsiplər üzrə razılığa gəlməsi ləngiyir. 

Azərbaycan tərəfinin regionda tezliklə sülhün bərqərar olmasının tərəfdar olduğu, bu baxımdan konstruktiv danışıqlara hər zaman hazır olduğu qarşı tərəfin diqqətinə çatdırılıb. 

Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri R.Solman nitqində parlamentlərlərarası əlaqələrin bundan sonra da uğurla inkişaf etməsi üçün sədrlik etdiyi Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərinin əzmkarlıqla fəaliyyət göstərəcəklərinə öz inamını bildirib. 

R.Solman Azərbaycanın Cənubi Qafqaz regionunda lider dövlət olduğunu vurğulayaraq, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin daha da inkişafı üçün potensialın mövcud olduğunu qeyd edib. 
Azərbaycanın yüksək templə inkişaf etdiyini vurğulayan Riina Solman gələcəkdə ölkəmizə mümkün səfəri zamanı özünün bu fakta şahidlik edəcəyinə əminliyini diqqətə çatdırıb. 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO