Azərbaycanın neft kəmərlərində itkiləri AZALIB 

Azərbaycanın neft kəmərlərində itkiləri AZALIB 

Hazırda oxunan: Azərbaycanın neft kəmərlərində itkiləri AZALIB 

131703

Ötən il Azərbaycanda neft kəmərlərində 2,9 min ton itki olub, bu da illik müqayisədə 12,1% azdır. 

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, 2021-ci ildə respublika üzrə neft kəmərlərində itkilər 3,3 min ton təşkil edib. 

Qeyd edək ki, ötən il Azərbaycanda magistral neft kəmərləri ilə 37 781,5 min ton neft nəql edilib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 7,9% çoxdur. 

Nəqletmənin 78,7%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, hesabat dövründə kəmər vasitəsilə 29 749,6 min ton neft ötürülüb (2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 12,6% çox). Hesabat dövrü ərzində BTC kəməri ilə 5103,9 min ton tranzit nefti də (illik müqayisədə 41,8% çoxdur) nəql edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO