Ötən il Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 1 238 913,7 min manat təşkil edib, bu da illik müqayisədə 3,4% çoxdur.
Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, 2021-ci ildə sözügedən göstərici 1 197 649,8 min manat səviyyəsində olub.
Qeyd edək ki, ötən il Azərbaycanda magistral neft kəmərləri ilə 37 781,5 min ton neft nəql edilib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 7,9% çoxdur.
Ötən il nəqletmənin 78,7%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, hesabat dövründə kəmər vasitəsilə 29 749,6 min ton neft ötürülüb (2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 12,6% çox). Hesabat dövrü ərzində BTC kəməri ilə 5103,9 min ton tranzit nefti də (illik müqayisədə 41,8% çoxdur) nəql edilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:48 / 19.04.2023
Azərbaycanın ötən il neft kəmərlərindən gəlirləri 1,2 mlrd. manatı ötüb
Hazırda oxunan: Azərbaycanın ötən il neft kəmərlərindən gəlirləri 1,2 mlrd. manatı ötüb
Hazırda oxunan: Azərbaycanın ötən il neft kəmərlərindən gəlirləri 1,2 mlrd. manatı ötüb
131673
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.