2020-ci ilin ikinci yarsından metalların əksəriyyətinin
qiymətində artım müşahidə edilir. Bahalaşmanın əsas səbəbi kimi başda Çin
olmaqla, Uzaq Şərq ölkələrində sənayenin emal sektorunda istehsalın artması
göstərilir.
Sfera.az bildirir ki, son bir ildə mis, alüminium,
sink, quğuşun, nikel, qalay nəzərəçarpacaq dərəcədə bahalaşıb.
Alüminiumun dəyəri ötən bir il müddətində 21 faiz artaraq 2072 dollara yüksəlib. Sinkin
qiyməti 26,7 faiz artıb. Bu əlvan metalın hazırda bazar dəyəri 2727 dollardır. Qurğuşun
13 faiz dəyər qazanıb. Gümüşü rəngdə olan metalın qiyməti 2092 dollar təşkil
edir.
Nikel, mis və qalay ən çox bahalaşan metallardır. Nikelin
dəyəri 41 faiz bahalaşaraq 15300 dollara, mis 44,5 faiz bahalaşaraq 8273
dollara, qalay 40,7 faiz bahalaşaraq 23205 dollar olub.
Vasif