Azərbaycanda enerji ixracı ARTIB

Azərbaycanda enerji ixracı ARTIB

Hazırda oxunan: Azərbaycanda enerji ixracı ARTIB

130867

Bu ilin ilk üç ayında elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 551,7 milyon kVt/st, yəni 7,7 faiz artaraq 7 756,2 milyon kVt/st olub. 

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi məlumat yayıb.

Bildirilib ki, 2023-cü ilin ilk rübündə Azərbaycanın elektrik enerji istehsalının 16,6 faizi ixraca yönəlib. Belə ki, cari ilin birinci rübündə elektrik enerjisi ixracı 6,1 dəfə və ya 234,7 milyon artaraq 281,1 milyon ABŞ dolları təşkil edib.

2022-ci ilin qeyri-neft ixracının strukturunda 6-cı mövqedə qərarlaşan elektrik enerjisinin ticarət gəlirləri 121,6 milyon ABŞ dolları dəyərində olub. Nəticə etibarı ilə, 2023-cü ilin elektrik enerjisi ixracı 2022-ci ilin yekun ixrac dəyərindən 2,3 dəfə çoxdur. Yalnız mart ayında isə elektrik enerjisi istehsalı 11,7 faiz, ixracı isə 22 dəfə artıb. 

Elektrik enerjisi ixracının əhəmiyyətli səviyyədə artımı Türkiyəyə həyata keçirilən ixracın sürətli artımı ilə əlaqədardır. 2023-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycanın Türkiyəyə qeyri-neft ixracı 78,7 faiz artaraq 273,9 milyon ABŞ dolları təşkil edib. Yalnız fevral ayında isə qardaş ölkəyə ixracın dəyəri 2 dəfə artaraq 167,2 milyon ABŞ dolları səviyyəsinə çatıb. Adıçəkilən ixrac dəyərinin əhəmiyyətli artımının əsas səbəbi elektrik enerjisi ilə əlaqədardır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO