Azərbaycan və Səudiyyə Ərəbistanı iki ölkənin biznes dairələri arasında əlaqələrin genişləndirilməsində maraqlıdır.
Bizim.Media İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir ki, bu məsələ qurumun İdarə Heyətinin sədri Orxan Məmmədovun Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bu ölkənin Kiçik və Orta Sahibkarlıq üzrə Baş İdarəsinin (MONSHAAT) rəhbəri Sami İbrahim Əlhüseyni ilə görüşündə müzakirə olunub.
Tərəflər iki ölkənin KOB-larının əməkdaşlığının genişləndirilməsi imkanlarını nəzərdən keçirib, ticarət əlaqələrinin inkişafında KOB subyektlərinin roluna, Azərbaycana investisiya qoyuluşuna və bu sahədə KOBİA-nın xarici iş adamlarına göstərdiyi dəstəyə dair fikir mübadiləsi aparıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
18:29 / 12.04.2023
Azərbaycan və Səudiyyə Ərəbistanı biznes əlaqələrini genişləndirmək istəyir - FOTO
Hazırda oxunan: Azərbaycan və Səudiyyə Ərəbistanı biznes əlaqələrini genişləndirmək istəyir - FOTO
Hazırda oxunan: Azərbaycan və Səudiyyə Ərəbistanı biznes əlaqələrini genişləndirmək istəyir - FOTO
130401
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.