16 qurumda araşdırma aparılıb - 37 milyon manatlıq xərc...

16 qurumda araşdırma aparılıb - 37 milyon manatlıq xərc...

Hazırda oxunan: 16 qurumda araşdırma aparılıb - 37 milyon manatlıq xərc...

130299

2022-ci ildə Hesablama Palatası apardığı uyğunluq auditləri hesabına 16 qurumda 26,7 milyon manatlıq səmərəsiz xərc aşkar edib.

Bizim.Media xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.

Sənədə əsasən, 12 milyon manatı bağlanmış müqavilədə qurum üçün əlverişsiz şərtlərin nəzərdə tutulması, 9,9 milyon manatı audit dövrünün əvvəlində alınmış avadanlıq və malların istifadə edilməməsi, 8,3 milyon manatı avans ödənişi aparılmış müqavilələrin sonradan dayandırılması, 2,7 milyon manatı koronavirus (COVID-19) və digər səbəblərdən keçirilməyən tədbirlərə pul xərclənməsi, 1,4 milyon manatı fəaliyyətsiz olan əsas vəsaitə xərc çəkilməsi, 1,3 milyon manatı audit dövrünün əvvəlində alınmış proqram təminatını istifadə olunmaması, 0,6 milyon manatı ehtiyac olmadan iş həcminin artırılması, 0,5 milyon manatı isə digər səmərəsiz hallarla bağlı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO