AÇG və “Şahdəniz”dən hasil edilən qazın HƏCMİ

AÇG və “Şahdəniz”dən hasil edilən qazın HƏCMİ

Hazırda oxunan: AÇG və “Şahdəniz”dən hasil edilən qazın HƏCMİ

130159

AÇG və “Şahdəniz”dən hasil edilən qazın həcmi 400 mln. kubmetrə yaxınlaşır.

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 01 aprel 2023-cü il tarixinədək buradan 396 mlrd. kubmetr qaz hasil edilib.

Energetika Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, qeyd olunan dövrdə AÇG-dən 207 mlrd. kubmetr, “Şahdəniz”dən isə 189 mlrd. kubmetr qaz hasil edilib.

“Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 133 mlrd. kubmetrə yaxını ixraca nəql edilib”, - məlumatda qeyd olunur.

Qeyd edək ki, 2023-cü ilin yanvar-mart ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 12,2 mlrd. kubmetr təbii qaz hasil edilib. Qazın 3,3 mlrd. kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 6,7 mlrd. kubmetri “Şahdəniz”dən, 2,2 mlrd. kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 3 faiz, yəni 356 mln. kubmetr artımla qaz hasil edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO