Hesablama Palatasından Dövlət Xidmətinə İTTİHAM - Özəlləşdirmə düzgün aparılmayıb

Hesablama Palatasından Dövlət Xidmətinə İTTİHAM - Özəlləşdirmə düzgün aparılmayıb

Hazırda oxunan: Hesablama Palatasından Dövlət Xidmətinə İTTİHAM - Özəlləşdirmə düzgün aparılmayıb

130155

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 2020-2021-ci illərdə özəlləşdirməni düzgün aparmadığı üçün dövlət müəssisələri fəaliyyətsiz qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə Hesablama Palatasının təhlilində bildirilib. 

Məlumata görə, Xidmətin sərəncamında olan 78 dövlət müəssisəsindən 65-i fəaliyyətsiz, 3-ü qismən fəaliyyətli, 6-sı isə hal-hazırda fəaliyyətini davam etdirir. Bir müəssisə icarədə, 1 müəssisənin əmlakı olmadığı, 2 müəssisənin isə ləğv prosesində olduğu bildirilib.

Palata sözügedən 78 müəssisədən 64-nün özəlləşmə perspektivinin olduğunu qeyd edib:

"İnvestisiya müsabiqələri vasitəsilə satışı nəzərdə tutulmuş dövlət müəssisələrindən 17-si üzrə əvvəlki dövrlərdə elanlar verilib, lakin iddiaçı olmadığından müsabiqə baş tutmayıb.

Özəlləşdirmə prosesinin düzgün təşkil edilməməsi nəticəsində fəaliyyətsiz qalan müəssisələrin özəlləşdirmə perspektivinin azalmasına, eyni zamanda müəssisələrdə əsas vəsaitlərin dəyərinin itirilməsinə və müəssisələrin maliyyə vəziyyətinin, istehsal prosesinin bərpası üçün əlavə vəsaitin cəlb edilməsinə ehtiyac yaranıb".
Palata vurğulayıb ki, Xidmətin sərəncamında olan müəssisələrin xeyli miqdarda, bəzi hallarda nizamnamə kapitalından çox kreditor borcu yaranıb: "Müəssələrin əksəriyyəti hal-hazırda fəaliyyət göstərmir ki, bu da növbəti illərdə əmlak və torpaq vergisi üzrə dövlət büdcəsinə borcun daha da artacağı qənaətinə gəlməyə əsas verir.

Nəticə etibarı ilə borcların ilbəil artması gələcək dövrdə dövlət əmlakının özəlləşdirilməsi zamanı yığılmış borcun satış qiyməti ilə əvəzləşdirilməsinə və dövlət büdcəsinə daxilolmaların azalmasına gətirib çıxarması ehtimalını yaradıb. Bu da öz növbəsində dövlət büdcəsinin gəlirlərini təmin edən müvafiq orqanlar tərəfindən büdcə proqnozu verilərkən müvafiq istiqamət üzrə büdcə gəlirlərinin bəzi növləri üzrə proqnoz göstəricilərinin əsaslı olmamasına gətirib çıxarır".

Palata həmçinin qeyd edib ki, özəlləşdirməyə açılmış müəssisələrin restrukturizasiyası, həmçinin inventarizasiyasının aparılmaması dövlət əmlakının nominal və real balans dəyərinin fərqlənməsi riskini yaradıb.

Belə ki, təqdim edilən məlumatların təhlilinə əsasən, bir sıra müəssisələrin balans dəyərinin kifayət qədər yüksək olmasına baxmayaraq, əmlakının olmaması və yaxud da uzun müddətdir fəaliyyətsiz olması müşahidə edilib.

"Bu da öz növbəsində "Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"ı ilə əhatə olunan dövlət əmlakının real dəyərinin təyin edilməməsi riski ilə yanaşı, özəlləşdirilməsindən daxil olan vəsaitin büdcə kəsirinin örtülməsi üçün istifadə edildiyini nəzərə alaraq, orta və uzunmüddətli dövrdə büdcə proqnozlaşdırılmasının əsaslılığı üzrə risk ehtimalını yaradır", - deyə Hesablama Palatası əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO